"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Daxili qoşunlar Xankəndinə girib bölgəni Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır”

25 Fevral 2023 - 10:18
in MANŞET
FacebookVatsap

“Nə Qərb, nə də Rusiya bizim mövqeyi bölüşmür, ərazi bütövlüyümüzün bərpasını, bu münaqişənin birdəfəlik həllini istəmir”

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

“Çox çəkməz biz işğala birdəfəlik son qoyacaq radikal qərarların qəbulunun şahidi olarıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
– Qüdrət bəy, niyə Ermənistan Azərbaycanın Vardanyanın getməsi tələbini qəbul etdi, amma Azərbaycanla sərhəddə gömrük-keçid məntəqələrinin yaradılması təklifini qəbul etmədi?
– Biz dövlət sərhədlərimizə nəzarət etmək üçün kimdənsə icazə almamalıyıq. Vardanyan vəzifədən getdi, amma Qarabağda fəaliyyətini davam etdirəcək. Vardanyanın vəzifədən kənarlaşdırılması qarşılığında separatçı rejimin Azərbaycanla danışıqlarda tərəfi kimi qəbul olunmasını ermənilər, bizim danışıqlarda onları hansı statusda qəbul etməyimizdən və hansı məsələlər üzrə danışıqlar aparacağımızdan asılı olmayaraq, böyük diplomatik uğur hesab edir, sadəcə, öz düşüncələrinə görə bic olduqlarından bunu qələbə kimi qeyd etmirlər. Ermənistan, onun Qərbdəki ABŞ və Fransa kimi müttəfiqləri, Rusiya Azərbaycanın separatçı rejimlə birbaşa danışıqlarını çox arzulayırdı və indi hesab edirlər ki, arzularına çatıblar. Çalışacaqlar ki, bizi 26 il işğalçı Ermənistanla mənasız danışıqlar aparmağa məcbur etdikləri kimi, indi on illərlə də xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmış , ağır cinayətlər, soyqırım törətmiş seperatçılarla danışıq aparaq. Rusiya münaqişənin davam etməsi ilə yanaşı “əzabkeş” Vardanyanın timsalında yeni siyasi lider də qazandı və Ermənistandakı növbəti seçkilərdə Vardanyan Rusiyanın əsas namizədi olacaq. Azərbaycanın düşmənlərinin hamısı sevinir ki, bu mərhələdə məqsədlərinə çatıblar, amma sevinməyə tələsməsinlər. Biz Qarabağ ermənilərinə heç bir siyasi status vermədən həmin ərazilərimizdə dövlət suverenliyini bərpa edəcəyik.
Ermənistan Laçında sərhəd- keçid məntəqəsinin yaradılmasına ona görə razılaşmadı ki, onlar de-fakto nə Laçın dəhlizini, nə də separatçıların nəzarətində olan torpaqları Azərbaycanın ərazisi hesab etmir və qondarma “artsax respublikasını” müstəqil dövlət kimi tanıyırlar.
– Separatçı rejimi istər Ruben, istər Araik, yaxud başqa birisi təmsil etsin ,onlar heç bir halda Qarabağı Azərbaycanın tərkibində görmədiklərini bəyan edirlər, belə bir vəziyyətdə onlarla danışıqlara getməyin mənası qalırmı?
– Terrorçularla danışıqlar yalnız onarın tərkisilah olması barədə ola bilər və onlarla danışıqları da yalnız güc strukturları aparmalıdır. Başqa variantda seperatçılarla danışıqlar bizə ciddi ziyan vura bilər. Nə Qərb, nə də Rusiya bizim mövqeyi bölüşmür, ərazi bütövlüyümüzün bərpasını, bu münaqişənin birdəfəlik həllini istəmirlər. Çünki bilirlər ki, Azərbaycanda digər etnik qruplar da yaşayır və erməni sakinlərə hər hansı statusun verilməsi gələcəkdə yenidən münaqişənin alovlanmasına, etnik zəmində oxşar qarşıdurmalara yol aça bilər. Buna görə də Ermənistana öhdəliklərini yerinə yetirməsi istiqamətində təzyiq etmirlər. Ermənistana və onun müttəfiqlərinə təzyiqi Azərbaycan və Türkiyə etməlidir. Qarabağda dövlət suverenliyimizi bərpa etmək istəyiriksə Laçında dövlət sərhəddi bərpa olunmalı, gömrük-keçid məntəqəsi yaradılmalıdır. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün həmin saziş qüvvədən düşmüş elan olunmalıdır. Sazişi imzalayan üçüncü vasitəçi dövlət Rusiyaya Ermənistana təzyiq etmədiyi üçün ciddi irad bildirilməlidir. Daxili qoşunlar Xankəndinə girib bölgəni Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır. Necə ki, ispanlar bunu 2017-ci ildə Katoloniyada etdi.Bir daha vurğulayıram, Azərbaycan beynəlxalq müstəvidə özünü elə aparmamalıdır ki, ərazi bütövlüyümüzü bərpa etmişik. Biz deməliyik ki, işğalın nəticələri tam aradan qaldırılmayıb və biz öz ərazilərimizdə dövlət suverenliyimizi bərpa etməliyik. Biz utanmamalıyıq deməyə ki, ermənilərin soyqırım törətdiyi Xocalıya onun sağ qalan sakinləri hələ də dönə bilmir və Xocalı hələ də işğal altındadır. Biz Ermənistanın diplomatik hücumları qarşısında müdafiə mövqeyi tutmamalıyıq. Nəticəsi olmasa da beynəlxalq birlikdən işğala son qoyulması istiqamətində yardım istənilməli, onları fəaliyyətsizliyinə və işğalı birbaşa, yaxud dolayısı müdafiə etdiklərinə görə qınamalıyıq. İmkan verməməliyik ki, onlar bizi nədəsə ittiham etsin. Onları inandırmağa çalışmalıyıq ki, Azərbaycan işğalın davam etməsinə uzun müddət dözməyəcək. Bu barədə beynəlxalq tribunalardan açıq danışmalıyıq. Yeni müharibə istəmirlərsə Ermənistana təzyiq etməlidirlər. Qarabağın müharibəsiz azad olunması, Ermənistanla dövlət sərhədlərinə tam nəzarəti təmin etmək üçün əsas danışıqları da Rusiya ilə aparmalıyıq. Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmadığı halda onun liderliyi ilə yaradılmış regional iqtisadi və təhlükəsizlik bloklarına qoşula biləcəyimizi deməliyik. Əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası olmalıdır.
Britaniyanın baş naziri Tetçer Bakıya səfəri zamanı Prezident Elçibəyə demişdi ki, gücünüz varsa problemi həll edin, qoyun sonra beynəlxalq birlik nə qədər istəyir müzakirə etsin. Nə qədər ki, ermənilərin müttəfiqlərinin başı Ukraynada müharibəyə qarışıb, Azərbaycan tezliklə uyğun məqam seçib problemi həll etməlidir. Danışıqlar yolu ilə, xüsusilə də Ermənistanın müttəfiqlərinin vasitəçiliyi ilə problemin ədalətli və birdəfəlik həlli yoxdur. Biz şantaj və təzyiqlərdən, hədə-qorxulardan çəkinməməliyik. Xarici təzyiqlər qarşısında xalqımız Prezidentin ətrafında 44 günlük svaşda olduğu kimi bir yumruq kimi birləşəcək. İnanıram ki,ölkənin siyasi rəhbərliyi də buna əmindir və çox çəkməz biz işğala birdəfəlik son qoyacaq radikal qərarların qəbulunun şahidi olarıq.

Previous Post

“Daxili qoşunlar Xankəndinə girib bölgəni Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır”

Next Post

Bütün müavinət və təqaüdlər ödənildi

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Next Post
Bütün müavinət və təqaüdlər ödənildi

Bütün müavinət və təqaüdlər ödənildi

Bütün müavinət və təqaüdlər ödənildi

Bütün müavinət və təqaüdlər ödənildi

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.