Bütün dünyada eyni vaxtda baş verən isti dalğaları bəzi ölkələrdə milli temperatur rekordlarını qırıb. May, iyun və iyul aylarında dəniz səthinin temperaturu rekord həddə çatdı, temperatur isə 1980-ci ildən bəri 6 dəfə artıb.
Elchi.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) son vaxtlar xüsusilə şimal yarımkürəsində və bütün dünyada təsirli olan həddindən artıq istilər barədə xəbərdarlıq edir.
WMO-nun məlumatına görə, ABŞ-ın cənubunda, Şimali Amerikada, Asiyanın bəzi hissələrində, Şimali Afrikada və Aralıq dənizində, eləcə də Avropa qitəsində təsirli olan temperaturlar bu həftə uzun müddətdir 40 dərəcədən yuxarı olub və eyni vaxtda isti dalğası baş verib.
Dünyada 1980-ci ildən bəri 6 dəfə artan temperaturların həyəcan verici olduğuna diqqət çəkən WMO, may, iyun və iyul aylarında dəniz səthinin temperaturlarının rekord səviyyəyə çatdığını, isti dalğası səbəbiylə bəzi ölkələrdə milli temperatur rekordlarının qırıldığını və qırılmaya davam edəcəyini bildirib.
Şayəstə Hüseynova