Avropa ölkələri ABŞ-ın keçmiş prezidenti Donald Trampın ikinci dəfə vəzifəyə başlama ehtimalına hazırlaşarkən, Trampla görüşən xarici liderlərə Polşa prezidenti Anjey Duda da qoşulub.
Elchi.az xəbər verir ki, Polşa prezidenti Duda ABŞ-ın Nyu-York şəhərində Trampla görüşüb. Görüşdə Ukraynadakı müharibə və Dudanın NATO üzvlərinin müdafiə xərclərini artırmaq tələbi müzakirə edilib.
Duda görüşün mehriban və xoş atmosferdə keçdiyini bildirib.
Tramp isə Dudanın “böyük iş gördüyünü və onun dostu olduğunu” ifadə edərək, bütün yol boyunca Polşanın arxasında olduqlarını vurğulayıb.
Şayəstə Hüseynova