Elchi.az xəbər verir ki, bu həftə Europol 19 ölkənin polis qüvvələrinin birgə həyata keçirdiyi əməliyyatla dünyanın ən böyük fişinq platforması olan LabHost-a zərbə endirib. Komandalar dünya üzrə 70 ünvana reyd keçirib və 37 nəfəri saxlayıb.
Avropa Birliyinin ortaq hüquq-mühafizə təşkilatı Europol tərəfindən koordinasiya edilən əməliyyatın təqib mərhələsinin təxminən bir il davam etdiyini bildirən Europol, 14-17 aprel tarixləri arasında 70 ünvana basqın keçirdiklərini və 4-ü İngiltərədə olan 37 nəfəri nəzarətə götürdüyünü açıqlayıb. .
Bir xidmət olaraq kibercinayətkarlığın dünya miqyasında ən sürətlə böyüyən biznes modeli olduğunu vurğulayan Europol, cinayətkarların cihazları, domen adlarını, tətbiqlərini, təcrübələrini və ya xidmətlərini digər cinayətkarlara icarəyə verdiklərini və ya satdıqlarını vurğulayıb.
Şayəstə Hüseynova





















Son şərhlər