Dövlət başçısı: Bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi

60

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır.

Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı Ordumuzun müharibənin ilk günündən son gününə qədər yalnız irəli getdiyini xatırladıb.

“Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Sentyabrın 27-də – müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik”, – Prezident İlham Əliyev deyib.