Sabah dollar kreditlərinin taleyi həll olunacaq.
Konstitusiya Məhkəməsinin dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı iclası baş tutacaq. Məhkəmənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Aslanov bildirib ki, sabah tərəflərin iştirakı ilə iclas keçiriləcək.
“İclasda hər iki tərəfin şikayətləri dinləniləcək. Müşavirədən sonra isə bir ay ərzində dollarla bağlı kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar rəsmi dövlət qəzetlərində dərc olunacaq”, – deyə Tural Aslanov əlavə edib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.