Dollar və avro rublu sürətlə küncə sıxışdırır

🗓 27.11.2014 22:44 ✍️ "Elçi" qəzeti
Dollar və avro rublu sürətlə küncə sıxışdırır
OPEK-in bu gün neft hasilatının həcmini əvvəlki səviyyədə saxlanılmasına dair verdiyi qərarı fonunda Moskva Birjasında ABŞ dolları və avro tarixi maksimum img1689601həddinə yaxınlaşıb.
APA-nın “RİA Novosti”-yə  istinadən verdiyi məlumata görə, bu gün Bakı vaxtı ilə 19.44-də  Moskva Birjasında 1 ABŞ dolları 63 qəpik bahalaşaraq 48,02 rubla bərabər olub. 1 avro isə 72 qəpik bahalaşaraq 60 rubla dəyişdirilib.
Qeyd edək ki, dollar və avro sonuncu dəfə bu ilin noyabrın 7-də tarixi maksimum  həddə qalxaraq müvafiq olaraq 48,65 və 60,27 rubla bərabər olub.
 

Bənzər yazılar