"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Deputatdan varlı azərbaycanlılara müraciət

05 Fevral 2016 - 10:59
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”


“Əgər Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana! Azərbaycanda maliyyə amnistiyasına böyük ehtiyac var”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bunu “Yeni Müsavat”a Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sahibkarlara ünvanladığı son müraciətini dəyərləndirərkən bildirdi.

V.Əhmədov bildirdi ki, Nursultan Nazarbayev vaxtilə Qazaxıstandakı özəlləşdirmə prosesində qanuni, qeyri-qanuni iştirak etmiş, əldə etdikləri vəsaitləri xaricdə yatıranlara müraciətini təqdir edir:

“Nazarbayev dedi ki, ”mən sizin heç birinizə toxunmayacağam, o pulları qazanmısınız, xoş halalınız, amma indi həmin vəsaitləri gətirib Qazaxıstana investisiya şəklində qoyub ölkənin iqtisadi inkişafına köməklik etmək lazımdır. Azərbaycanda da özəlləşdirmə prosesindən istifadə edən, xaricdə vəsait saxlayan insanlar çoxdur. Azərbaycan vətəndaşı, bir deputat kimi mən də müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana.

Məncə, dövlət başçımız da heç kimə toxunmaz, amnistiya verər, bu məsələlər öz həllini tapar və siz də ölkəmizin iqtisadi inkişafına böyük fayda verərsiniz. Qazandığınız halalınız olsun”. V.Əhmədov xatırlatdı ki, Azərbaycanın dövlət başçısı da son iclaslarda ölkəmizə investisiya qoyuluşu ilə bağlı müraciətlər edib: “Bu gün Azərbaycanın investisiyalara ehtiyacı var. 4-5 il əvvəl bu ehtiyac böyük deyildi. Ona görə də bu prosesdə bizim xaricdə vəsaitləri olan insanlarımız iştirak etsə, çox yaxşı olar”.

Deputat son vaxtlar bankların ardıcıl şəkildə bağlanmasını da düzgün saymadığını bildirdi: “Mənim bankların bir neçəsi ilə söhbətim də olub. Demişəm ki, vaxtilə insanlara yüksək faizlə kreditlər vermisiniz, indi o insanlara güzəştə gedin, borcları qaytarmaq imkanları yoxdur, vəziyyətləri ağırdır.

Onlar deyiblər ki, bizim də vəziyyətimiz ağırdır, çünki devalvasiyadan sonra bankların özü də müəyyən qədər zərərə düşüblər, onların özünün də köməyə ehtiyacı var. Amma Mərkəzi Bankın buna imkanı var, məsələni həll edə bilər. Əlbəttə ki, Maliyyə Nazirliyinin razılığı ilə bu məsələlər öz həllini tapmalıdır.

Ümumiyyətlə, bank sistemində islahatlar getməlidir. Mən bankların bağlanması prinsipi ilə razı deyiləm. Biz bank sistemində islahatlar getməlidir deyəndə demişik ki, bank sistemində təmərküzləşmə prosesi, bankların birləşməsi prosesi getməlidir. Yəni iri banklar yaradılsın, 43 bank olmasın, olsun 15-20 bank.

Amma onların nizamnamə kapitalı, kredit portfeli, likvidliyi yüksək olsun, onlar aşağı faizlə kredit vermək imkanlarına malik olsun. Amma banklar bağlananda orda ciddi problemlər yaranır. Banklarda insanların depozitləri, əmanətləri var, onların qaytarılması ilə əlaqədar müəyyən problemlər yaranır”.

V.Əhmədov borclu insanların intihara əl atmasından da narahatlığını ifadə etdi: “Elə buna görə də təklif etmişik ki, 10 min dollara qədər olan kreditlər köhnə faizlə ödənilsin.

Ümumiyyətlə, son illər bank sistemi ilə əlaqədar ölkədə çox ciddi problemlər yaranıb. 1,4 milyard manata yaxın vaxtı keçmiş kredit borcları var. Bu, Azərbaycanın maliyyə bazarı üçün çox böyük rəqəmdir, təxminən dövlət büdcəsinin 10 faizinə bərabərdir. Problemlər öz həllini tapmayıb, əksinə, borclar arta-arta gedir.

Ona görə də məsələlər öz həllini tapmalıdır. İntihar hadisələri, insanların öz həyatına qəsd etməsi çıxış yolu deyil. Amma insanları da başa düşmək lazımdır ki, borcu qaytarmağa imkanı yoxdur, çarəsizdir, ola bilsin iş yeri tapa bilmir.

Vaxtilə o kreditləri verəndə bank da, kredit götürən şəxs də fikirləşməli idi ki, həmin krediti vaxtında qaytara biləcəkmi? Mən məsləhət görərdim ki, bank sistemi bu məsələlərdə daha da çevik hərəkət eləsin”.

Previous Post

Deputatdan varlı azərbaycanlılara müraciət

Next Post

Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu

Bənzər yazılar

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Şahinlərin Görüşü-2026”...

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41

Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Elchi.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində...

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir. Elchii.az azxəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi UEFA Çempionlar...

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51

Tehranın irəli sürdüyü yeddi şərt ABŞ tərəfindən icra olunmasa, Vaşinqton İranın etimadını qazana bilməyəcək. Elci.az IRIB-yə istinadən xəbər verir ki,...

Next Post

Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu

Avropaya qaçmaq istəyən azərbaycanlılar tutuldu

Son xəbərlər

Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

21 Oktyabr 2026 - 11:17
Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51
Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

21 Oktyabr 2026 - 10:42
Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35
Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

21 Oktyabr 2026 - 10:27
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026 - 10:18
Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06
Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

21 Oktyabr 2026 - 09:37
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

21 Oktyabr 2026 - 09:13
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.