"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Deputatdan SENSASİON açıqlamalar-Rusiyaya sərt mesajlar, Türkiyəyə çağırışlar

30 Oktyabr 2022 - 11:26
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Biz Rusiya ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyimiz kimi, Rusiya da Azərbaycanla münasibətləri qiymətləndirməyi bacarmalıdır”

“Türkiyə Azərbaycana öz dövlət sərhədlərini Laçında nəzarətə götürməyə, Xankəndində dövlət suverenliyini bərpa etməyə kömək etməlidir”

Bunu da oxuyun

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

Tənhalıq ömrü 6 il azalda bilər

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu günlərdə mətbuata verdiyi müsahibədə Rusiya rəhbərliyinin mövqeyini kəskin tənqid etdi. Bildirdi ki, Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirib. Son illərdə elə “Yeni Müsavat”a müsahibələrində dəfələrlə Rusiya ilə açıq danışmağın, onun inandırmağı zəruriliyindən bəhs edən Q.Həsənquliyev bildirib ki, Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi:

“Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından asanlıqla qaça bilər. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir”.

BAXCP sədrinin mövcud durumla bağlı mövqeyi səbəbsiz deyil. Son zamanlar Rusiyanın informasiya məkanında anti-Azərbaycan fəaliyyəti ona gətirib çıxartdı ki, rəsmi Bakı Moskvaya etiraz notası ünvanladı. Rusiya prezidentinin son çıxışlarında Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın məlum razılaşmaları, öhdəlikləri icra etməməsi ilə bağlı birmənalı fikirlər söyləməməsi haqlı etirazlara rəvac verib. BAXCP sədri ilə bu və digər mövzularda danışdıq:

– Qüdrət bəy, Azərbaycan qarşıdakı Soçi görüşündə Rusiyanın planı əsasında, yəni gələcəkdə Qarabağda yaşayan ermənilərin statusu müəyyən olunana qədər, indiki status-kvonu saxlamaq şərtilə, Ermənistanla sülh sazişi imzalaya bilərmi?

– Bu, qətiyyən mümkün deyil. Əvvəla, indiki status-kvo Ermənistanla Laçın dəhlizi ilə birləşmiş müstəqil “artsax respublikası” deməkdir. Həm də Azərbaycan Respublikasının Prezidenti dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək. Putin hakimiyyətdə olduğu dövrdə heç vaxt, “Valday” klubundakı son çıxışına qədər, Azərbaycanın ərazi bütövlüyü məsələsini açıq formada şübhə altına almamışdı. Əksinə, Qarabağın Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olduğunu vurğulamışdı.

-Sizin fikrinizcə nə baş verdi ki, o, Azərbaycanın əleyhinə belə bir açıqlama ilə çıxış etməyə məcbur oldu?

– Rusiya dövləti və liderləri Qərbdən asılı vəziyyətə düşəndə həmişə Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan maraqlarını Ermənistana satıblar. 1979-cu ildə SSRİ Əfqanıstanı təsir altına salmaq üçün kommunizm ideyalarını yaymaq adı altında həmin ölkəyə təcavüz etdi. O zaman ABŞ başda olmaqla, onun NATO üzrə müttəfiqləri əfqan milli müqavimət hərəkatına-mücahidlərə kömək etdi, neftin qiyməti aşağı salındı və iqtisadiyyatı əsasən, xammal satışından asılı olan SSRİ 1989-cu ildə məğlub bir vəziyyətdə Əfqanıstandan çıxmaq zorunda qaldı. Qərbdən asılı vəziyyətə düşən Qorbaçov erməni Aqambekyanın Parisdən başlatdığı və SSRİ-nin süqutunu sürətləndirəcək, Qarabağdakı erməni seperatizminin qarşısını məhz Qərbin təsiri ilə almadı. Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosundan uzaqlaşdırıldı, separatizmə yaşıl işıq yandırıldı. SSRİ-nin süqutundan sonra Qərbin dəstəyi ilə Rusiya Federasiyasının prezidenti seçilən Yeltsin də Qərbin təsiri ilə Qarabağ ətrafınadakı rayonların işğalı üçün Ermənistana kömək etdi. ABŞ Ermənistana dəstək məqsədilə Azadlığa Yardım Aktına 907-ci düzəlişi qəbul etməklə Azərbaycana dövlət dəstəyini qadağan etdi. Ərazisinin 20 faizi işğal olunmuş, iqtisadiyyatı dağıdılmış Azərbaycan bir milyon qaçqınla baş-başa qaldı. Bunları ona görə söyləyirəm ki, rəsmi Moskvanın bizə olan ədalətsiz münasibəti əsasən Qərbdən qaynaqlanıb. Çoxları yanlış olaraq bunu bizim müstəqil və azad olmaq istəyimizlə bağlamaq istəyir, amma bu, belə deyil. Biz öz müstəqilliyimizi nəinki Ermənistandan, hətta bütün digər sovet respublikalarından sonra elan etmişik. 2022-ci ilin fevralında Putin 1979-cu ildə Brejnevin Əfqanıstana girməklə etdiyi səhvi təkrar edərək Ukraynanı Rusiyanın təsir zonasına daxil etmək üçün “rusizm” ideyaları altında Ukraynaya təcavüz etdi. Yenə də ABŞ NATO üzrə müttəfiqləri ilə birlikdə Ukraynaya az miqdarda müdafiə silahları verməklə Rusiyanı uzunmüddətli münaqişəyə salıb SSRİ kimi çökdürmək istəyir. Artıq qələbəyə inamını itirmiş Putin başa düşür ki, tezliklə müharibədən çıxa bilməsə, həm özünün, həm də Rusiyanın taleyi qaranlıq görsənir. Buna görə hər zaman müstəqil siyasəti ilə öyünən rəsmi Moskva hər keçən gün Qərbdən daha çox asılı vəziyyətə düşür. Onun son açıqlamasını Ermənistandan çox Qərbə yönələn açıqlama hesab edirəm. Ermənistanda da çoxları başa düşür ki, Rusiyanın əsl niyyəti bizi sonsuzluğa qədər bir-birimizə qırdırmaq və asılı saxlamaqdır.

– Axı, Rusiyadan fərqli olaraq ABŞ Azərbaycan üçün daha məqbul sülh sazişi təklif edir. Buna nə deyirsiniz?

– Qərb görür ki, Putin gərginlik içərisindədir və onun səhv qərarlar qəbul etmək ehtimalı həddindən artıq böyükdür. Qərb uzun müddət Türkiyə və Azərbaycanın Rusiya ilə münasibətlərini korlamağa çalışıb. Onlar görürlər ki, Rusiya sülhdə maraqlı deyil və bütün vasitələrlə buna mane olacaq. 10 noyabr Bəyannaməsinin imzalanmasından bir neçə gün sonra Putin mətbuata verdiyi ilk açıqlamasında xüsusi vurğulamışdı ki, biz razılaşmışıq ki, “Dağlıq Qarabağ”ın statusunu gələcək rəhbərlər müəyyən edəcək. Ona görə də Qərb Putinin mövqeyini bildiyindən beynəlxalq hüquqa əsaslanan təkliflə çıxış etməklə Rusiyanı kartları açmağa məcbur etdi. Onların əsl niyyəti beynəlxalq hüququn aliliyini təmin etmək deyil. Belə olsaydı, qonşu dövlətin 20 faiz ərazisini 30 il işğal altında saxlayan, bir milyon insanı ev-eşiyindən didərgin salan Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təzyiq edərdilər, ona işğala son qoymaq üçün sanksiyalar tətbiq olunardı. Putin isə hər şeyi sona qədər düzgün hesablaya bilmədi, fikirləşdi ki, “Paşinyan Vaşinqtonun planına uyğun olaraq Qarabağı Azərbaycana vermək istəyir” deməklə həm Paşinyanı pis vəziyyətə salıb revanşistləri canlandıra bilər, həm də ermənipərəst Qərbin özünə münasibətini yumşalda, Ukraynada düşdüyü bataqlıqdan çıxmaq üçün danışıqlar masasına dəvət ala bilər. Əslində isə Qərb istəyinə nail oldu. Həm 44 günlük savaşdan sonra türk dövlətləri üçün cəlbedici olmağa başlayan, Rusiya ilə əməkdaşlıqdan imtina etməyən Türkiyəni pis duruma saldı, həm də Azərbaycan xalqı Rusiyanın nəzarətində olan Qarabağdakı ermənilərin “lider”i Araikin Moskvaya səfərindən sonra son dərəcə radikallaşmasını gördü və Moskvanın açıqdan açığa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olmasına əmin oldu.

– Bəs, Moskva Ermənistana görə Türkiyə və Azərbaycanla münasibətlərin pisləşməsindən niyə çəkinmədi?

– Putin məlum çıxışından öncə Türkiyəyə yeni qaz kəməri çəkməyi, Türkiyədə qazpaylayıcı bir hab yaratmağı və yeni nüvə reaktoru tikməyi təklif etdi. Yəqin fikirləşir ki, seçki ərəfəsində və inflyasiyanın yüksək olduğu bir zamanda, Qərblə münasibətlərində problemlər olan Türkiyə bu təkliflər qarşılığında Azərbaycanın ərazi bütövlüyü məsələsində ciddi dirəniş göstərməz. 1920-ci ildə də Osmanlı imperiyası Rusiyanın köməyinə ehtiyacı olması səbəbindən Azərbaycanın müstəqilliyini sona qədər dəstəkləməmişdi. Görünür tarixdən də yaddaşlarında nələrsə qalıb. Azərbaycanla münasibətlərin pozulmasından isə ola bilsin narahat deyillər. Yəni yanlış olaraq istədiklərini Azərbaycana qəbul etdirə biləcəklərinə inanırlar.

– Türkiyə davamlı şəkildə Azərbaycanı müdafiə edəcəyini və hər zaman ölkəmizin, xalqımızın yanında olacağını bəyan edir. Bəs, qardaş ölkə hal-hazırda nə edə bilər?

– Türkiyə bizi hədələyən İrana da, ərazi bütövlüyümüzə qarşı çıxan Rusiyaya da çəkinmədən deməlidir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Heç kim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz, heç kim Azərbaycanı hədələyə bilməz. Türkiyənin “müdrikcəsinə” susması heç cür başa düşülən deyil və düşmənlərimizi ruhlandırır. Türkiyə Azərbaycana öz dövlət sərhədlərini Laçında nəzarətə götürməyə, Xankəndində dövlət suverenliyini bərpa etməyə kömək etməlidir.

– Qüdrət bəy, Nikol Paşinyanın son bəyanatını necə dəyərləndirirsiniz? Deyib ki, Soçidə sülhməramlıların 10-15, hətta 20 il qalması ilə bağlı sənədə imza atmağa hazırdır. Hesab etmək olarmı ki, bu, Putinin planıdır və reallaşa bilərmi? Bu, Azərbaycana nə dərəcədə təhlükə vəd edir?

– Paşinyan çox şey arzulaya bilər. Əgər Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmağa ehtiyac hiss edəcəksə bu, Rusiya ilə Azərbaycan arasında həll oluna bilər. Həm də Birgə Bəyannamədə nəzərdə tutulduğu kimi, daha beş il müddətinə… Atəşkəs elan olunandan sonra Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan öz daxili məsələlərini heç kimlə müzakirə etmir, xüsusilə Ermənistanla. Biz Rusiya ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyimiz kimi, Rusiya da Azərbaycanla münasibətləri qiymətləndirməyi bacarmalıdır. Rusiya Azərbaycanın öz ərazisində suveren hüquqlarını bərpa etməsinə mane olmamalıdır. Əgər Rusiya özünün bölgədə varlığını yalnız hərbi iştirakda görürsə, biz hərbi əməkdaşlıq yolu ilə bunu təmin edə bilərik.

Previous Post

Deputatdan SENSASİON açıqlamalar-Rusiyaya sərt mesajlar, Türkiyəyə çağırışlar

Next Post

İlham Əliyev Koreya prezidentinə başsağlığı verdi

Bənzər yazılar

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

28 Sentyabr 2026 - 13:45

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin əlverişli və münbit investisiya mühitini qlobal investorlar və biznes icmasına nümayiş etdirməklə...

Tənhalıq ömrü 6 il azalda bilər

Tənhalıq ömrü 6 il azalda bilər

28 Sentyabr 2026 - 11:43

Yeni tədqiqatlar göstərir ki, təklik və sosial təcrid yaşayan insanlar xəstəliksiz keçən illərini itirə bilərlər. Ən ciddi təsir psixi sağlamlıqda...

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

“Hər şey “Vətən üçün” yox, “hər şey insan üçün” devizi günümüzün çağırışı olmalıdır” – Qüdrət Həsənquliyev

28 Sentyabr 2026 - 10:55

Vətən müharibəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi hadisə deyil, eyni zamanda cəmiyyətin milli həmrəylik, dövlətçilik və məsuliyyət...

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, daxili və xarici siyasətin milli maraqlara...

Next Post
İlham Əliyev sərgi ilə tanış oldu – Yenilənib

İlham Əliyev Koreya prezidentinə başsağlığı verdi

İlham Əliyev sərgi ilə tanış oldu – Yenilənib

İlham Əliyev Koreya prezidentinə başsağlığı verdi

Son xəbərlər

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

28 Sentyabr 2026 - 14:18
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

Ukraynadan daha bir qrup uşaq Azərbaycana gəlir

28 Sentyabr 2026 - 14:09
Merts öz partiyasını məhv etməkdə ittiham olunub

Merts öz partiyasını məhv etməkdə ittiham olunub

28 Sentyabr 2026 - 14:00
Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 2026 - 13:55
Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

28 Sentyabr 2026 - 13:52
II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

II Beynəlxalq İnvestisiya Forumu ölkəmizin cəlbedici sərmayə obrazını dünyaya təqdim etdi

28 Sentyabr 2026 - 13:45
YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

YAP-ın VIII qurultayında struktur dəyişiklikləri gözlənilir

28 Sentyabr 2026 - 13:30
Qaz pulunun çox gəlməməsi üçün bunları edin

Qaz pulunun çox gəlməməsi üçün bunları edin

28 Sentyabr 2026 - 13:16
Kallas Ukrayna ilə bağlı Aİ-yə tələblər təqdim edəcək

Kallas Ukrayna ilə bağlı Aİ-yə tələblər təqdim edəcək

28 Sentyabr 2026 - 13:00
Bakının mərkəzində piyada zonaları salınır

Bakının mərkəzində piyada zonaları salınır

28 Sentyabr 2026 - 12:53
Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq

28 Sentyabr 2026 - 12:44
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

28 Sentyabr 2026 - 12:30
Yanvar-avqust aylarında 32 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında 32 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

28 Sentyabr 2026 - 12:24
ABŞ-da Apple şirkətinə qarşı 5,7 milyard dollarlıq patent cəriməsi

ABŞ-da Apple şirkətinə qarşı 5,7 milyard dollarlıq patent cəriməsi

28 Sentyabr 2026 - 12:12
SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

SN: Bu ilin ilk 6 ayında 1 nəfərdə quduzluq müşahidə edilib

28 Sentyabr 2026 - 12:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.