Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-yə üzv ölkələrin müdafiə nazirlərini Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təmin etməyə çağıracaq.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr qeyd edir ki, Kallas ABŞ-dan yeni tədarüklərin gözlənildiyi bir vaxtda Aİ ölkələrini “Patriot” sistemləri üçün nəzərdə tutulan raketləri Ukraynaya ötürməyə təşviq edəcək.
Daha əvvəl məlumat verilmişdi ki, Polşa Ukrayna üçün “Patriot” sistemlərinin raketlərini istehsal edəcək zavodun öz ərazisində tikilməsini təklif edib.
Sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kremlin hansı ölkələrin Ukraynaya silah lisenziyaları verdiyini izləyir.
Yeganə





















