"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Deputat Azərbaycanın adı qarışan 56 milyonluq rüşvət qalmaqalından danışdı

18 Mart 2017 - 09:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

Vahid Əhmədov: “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbərliyi buna görə cavab verməlidir”
İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200″ siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterfilo 200″ siqnal sisteminin istismara verilməsi daxildir.

Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur. Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin “Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.
Azərbaycan hüquq mühafizə orqanlarından bidiriblər ki, hələlik məsələ ilə bağlı İsveç Prokurorluğundan hər hansı bir sorğu daxil olmayıb.
Deputat Vahid Əhmədov isə “Yeni Müsavat”ın suallarını cavablandırarkən deyib ki, İsveç Prokurorluğunun “Azərbaycan Dəmir Yolları” QSC-nin adı hallanan cinayət işini araşdırması haqda məlumatlıdır: “İsveç Prokurorluğu bu məsələləri araşdırır. Yəqin araşdırmaların bir sonu olacaq, bir qərar veriləcək. Digər tərəfdən bu məsələ dünya mətbuatının diqqətindədir”.
V.Əhmədov bildirib ki, yaranmış durum Azərbaycanda tenderlər keçirilərkən qanunlara riayət olunmamasından qaynaqlanır: “Azərbaycanda faktiki olaraq tenderlər necə keçirilir, bunu hamımız bilirik. Tenderdə daha çox hansı dairələrlə yaxınlıq, əlaqə var, onlar qalib çıxırlar, üstünlük qazanırlar. Bir müddət əvvəl satınalmalar agentliyi ləğv olundu. Bu agentlik faktiki qanunun işlək olmasını təmin etmirdi. Hazırda bu səlahiyyətlər İqtisadi İnkişaf Nazirliyinə verilib. Belə halların təkrar edilməməsi üçün tender məsələləri xüsusi nəzarət altında olmalıdır. Maliyyə Nazirliyi tenderlərlə bağlı məsələləri izləməlidir. Xüsusi nəzarət olmalı, tenderlərin şəffaf keçirilməsi təmin edilməlidir. Bəzi adamlar var ki, qanunun yanından keçməyə, öz maraqlarını təmin etməyə yollar axtarır və çox vaxt da istəklərinə nail olurlar. Bu aradan qaldırılmalıdır”.
Millət vəkili deyib ki, bununla belə tenderlər zamanı yol verilən neqativ hallara görə həmin tenderi elan edən, keçirən təşkilat cavabdehlik daşıyır: “İsveç Prokurorluğu tenderdən əvvəl qeyri-qanuni ödəmələrin olduğunu üzə çıxarıbsa, “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi də buna görə cavab verməlidir”.

Previous Post

Deputat Azərbaycanın adı qarışan 56 milyonluq rüşvət qalmaqalından danışdı

Next Post

Qarabağın həll yolu hazırdır: Bircə qalır vaxt və…

Bənzər yazılar

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya...

Next Post

Qarabağın həll yolu hazırdır: Bircə qalır vaxt və...

Qarabağın həll yolu hazırdır: Bircə qalır vaxt və...

Son xəbərlər

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12
“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10
Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

27 Avqust 2026 - 23:04
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56
Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

27 Avqust 2026 - 19:53
Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb

27 Avqust 2026 - 19:50
İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

İki azərbaycanlı violist Moskvada dünya gənclərinin orkestrində

27 Avqust 2026 - 19:14
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

Konfrans Liqası: “Qarabağ” və “Tvente”nin start heyətləri açıqlandı

27 Avqust 2026 - 18:55
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

27 Avqust 2026 - 18:33
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

27 Avqust 2026 - 17:57
Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

Çempionlar Liqası: “Lion” – “Fənərbağça” matçından sonra 6 nəfər saxlanıldı

27 Avqust 2026 - 17:49
Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

Tokiodan uçan təyyarədə biletsiz sərnişinin meyiti aşkarlanıb

27 Avqust 2026 - 17:35
Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

Netanyahu: HƏMAS tərksilah olunana qədər “Erez” açılmayacaq

27 Avqust 2026 - 17:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.