Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.
Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda da fərqlənməyi bacarıb.
M.Emreli 88-ci dəqiqədə adını tabloya yazdırıb. O, komandasının bərabərlik qoluna imza atıb – 2:2.
Xatırladaq ki, tərəflər arasındakı ilk qarşılaşma da 2:2 hesabı ilə bitib. Mahir Emreli həmin görüşdə də fərqlənmişdi.





















