İsveç Hökuməti silahlı qüvvələrə Ukraynaya, ilk növbədə hava hücumundan müdafiə sahəsində dəstək məqsədilə müxtəlif fondlara və təşəbbüslərə 270 milyon kron (28,36 milyon dollar) köçürməyi tapşırıb.
Elchi.az xəbər verir ki, bu barədə hökumət dəftərxanası mətbuat relizində məlumat verib.
Bildirilir ki, 14 milyon dollar ABŞ-nin “Ukraynanın Prioritet Ehtiyacları Siyahısı” (PURL) təşəbbüsünə yönəldiləcək. PURL çərçivəsində ABŞ müttəfiqlər və tərəfdaş ölkələr tərəfindən maliyyələşdirilən Amerika avadanlığı paketlərini Ukrayna Silahlı Qüvvələrinə təqdim edir.
Bu paketlərə, digər vasitələrlə yanaşı, HHM sistemləri və döyüş sursatları daxildir.
İsveç artıq beşinci dəfədir ki, PURL-ə vəsait yönəldir. Ümumi məbləğ 552 milyon dollara çatıb.
Məryəm





















