Kuala-Lumpur Beynəlxalq Aeroportunun (Malayziya) 2-ci Terminalında sərnişin təyyarəsinin şassi bölməsində kimliyi məlum olmayan şəxsin meyiti tapılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Straits Times” qəzeti məlumat yayıb.
Təyyarə Tokiodan Kuala-Lumpura gəlib və yerli vaxtla səhər saatlarında eniş edib. Təxminən 25 dəqiqə sonra mühəndis-texniki heyət şassi bölməsindən gələn pis qoxunu hiss edib. Bölmə açıldıqdan sonra orada meyit aşkarlanıb.
İlkin məlumatlara görə, həlak olan şəxsin 20-yə yaxın yaşı olub, ölüm hadisəsi isə 72 saatdan çox əvvəl baş verib. Aşkar edildiyi anda həmin şəxs cins şalvar və ağ köynəkdə olub, onun cinsi hələlik müəyyən edilməyib.
Polis təhqiqata başlayıb və biletsiz sərnişinin təyyarənin texniki bölməsinə harada və necə daxil olduğunu araşdırır.
Məryəm





















