"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Deputat: “Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

19 May 2018 - 23:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

“Hökumət təhsil sahəsində təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”

Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır. Bu barədə deputat Qüdrət Həsənquliyev, Türkiyə prezidentinin 20 yeni universitetin yaranması barədə qanun imzalamasını şərh edərkən və özünün 3 yeni universitetin yaradılması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələ ilə bağlı danışarkən APA-ya açıqlamasında deyib.

 

Q.Həsənquliyevin sözlərinə görə, o parlamentdə Azərbaycanın üç tarixi şəxsiyyətinin adına yeni bir universitetin  yaradılması məsələsini qaldırıb: “Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş üç tarixi şəxsiyyətin M.Ə.Rəsulzadənin gələn il, Heydər Əliyev və Əbülfəz Elçibəyin bu il yubileyləri olacaq. Onarın hər birinin adına yeni bir universitet açsaq həm onların ruhunu şad edərik, həm də xalqımız bundan faydalanar. Nəzərə alsaq ki, Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”.

 

Deputat Gömrük Komitəsinin Akademiyasını Azərbaycan Respublikası Gömrük Komitəsinin Heydər Əliyev adına hüquq və iqtisadiyyat Akademiyası adlandırılmağı təklif edib: “Bu günlərdə Gömrük Komitəsinin yeni rəhbərliyi ictimaiyyət nümayəndələri ilə gömrükdə şəffaflıq mövzusunda dəyirmi masa təşkil etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim. Bəlli oldu ki, bir çox sahibkarlar elektron gömrük bəyannamələrini doldura, müasir informasiya texnologiyalarından istifadə edə bilmirlər. 2012-ci ildə Prezident fərmanı ilə yaradılmış GK-nın Akademiyasında bir fakültə üzrə iki ixtisas var və ildə cəmi 44 tələbə qəbul edir. 6 il keçməsinə baxmayaraq Qəbələdə tikilməsi nəzərdə tutulan Akademiyanın binası və tələbə yataqxanası hələ də tikilib başa çatmayıb”.

 

Q.Həsənquliyev qeyd edib ki, müasir bir ali məktəbin fəaliyyətə başlaması imkan verəcək ki, Qəbələ turizmlə yanaşı Azərbaycanın yeni bir elmi, mədəni  mərkəzinə çevrilsin. Artıq ölkə Prezidenti Qəbələyə dəmir yol xəttinin çəkilməsi barədə də göstəriş verib. Akademiyada hüquq və iqtisadiyyatla yanaşı, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq əlaqələr, maliyyə, mühasibat uçotu, biznes idarəçiliyi və s. bu kimi fakültələr olmalıdır. Eyni zamanda həmin fakültələrdə ingilis dilli bölmələr olmalı, tələbələrin sayı isə minlərlə sayılmalıdır. Akademiya yalnız GK üçün yox ölkə üçün, özəl sektor  və xarici ölkələr üçün də kadrlar hazırlamalıdır”.

 

Milli Məclisin deputatı, Bakı ətrafında Rəsulzadənin adına Azərbaycanın çox ehtiyac hiss etdiyi yeni bir texnologiya universitetinin açılmasını məqsədəuyğun sayıb: “Belə bir universiteti hansısa nüfuzlu universitetin filialı kimi də açmaq olar. Həm də özəl universitet kimi”.

 

“Üçüncü, ictimai siyasi elmlər universitetini isə Ordubadda Əbülfəz Elçibəyin adına açıb Azərbaycanın bu dilbər guşəsinin hərtərəfli inkişafına böyük töfhə vermiş olarıq.

 

Müasir dünyada elmə və təhsilə qoyulan investisiya ölkənin inkişafını, xarici ölkələrdən tələbə cəlb etməklə ölkənin mədəniyyətini təbliğ etməyə imkan verir. Xarici tələbələr ölkəyə valyuta gətirməklə yanaşı həm də o ölkənin dostlarına çevrilirlər. Böyük Britaniyada 437000 xarici tələbə təhsil alır ki, bu ümumi tələbələrin 19%-ni təşkil edir. Həmin tələbələr ölkədə 206600 iş yerinin açılmasını təmin edib və ölkə xarici tələbələrdən 27 milyard £ ildə pul qazanır. Bu bizim manatla 61 milyard edir. Bizim universitetlərə kifayət qədər xarici tələbə cəlb edə bilməməyimizin əsas səbəblərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Hökumət və təhsil nazirliyi bu barədə də təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”, – deyə Q. Həsənquliyev bildirib.

Previous Post

Deputat: “Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

Next Post

Təyyarə uçuş zamanı alışdı

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

Təyyarə uçuş zamanı alışdı

Təyyarə uçuş zamanı alışdı

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.