Dünən gecə Dehlinin Uttam Nagar gecəqondu ərazisində baş verən böyük yanğın ən azı 300-400 tikilini məhv edib.
Elchi.az xəbər verir ki, bu barədə “India TV” məlumat yayıb.
Hadisə yerinə 23 yanğınsöndürən maşın gəlib. Yanğın bir neçə saat ərzində söndürülüb. Yanğının səbəbi hələlik müəyyən edilməyib.
Dehli Yanğından Mühafizə Xidməti bildirib ki, “Hazırda itki barədə məlumat yoxdur”.
Məryəm





















