Danimarka hərbi xərclərini artıracağını açıqlayıb.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, hökumət rəsmiləri 10 il ərzində 38 milyard kron (5,6 milyard dollar) xərclənəcəyini, bunun 11 milyard kronunun (1,62 milyard dollar) yeni investisiyalar üçün istifadə edilməli olduğunu bildirib.
Müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen əvvəlki hökumətlərin və yüksək səviyyəli müdafiə rəsmilərinin hərbi obyektlərə üstünlük vermədiyini, vəziyyəti çox ciddi kimi xarakterizə edərək, vəziyyətə görə hər kəsin məsuliyyət daşıdığını bildirib.
“Təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət uzun illər silahlı qüvvələri tükəndirib. İndi biz silahlı qüvvələrin əsasını yenilənməmişdən əvvəl bərpa etməliyik”, – deyə Poulsen qeyd edib.
Yeganə