“DəmirBank” Sabirabad şəhərində “Nağdsız ödənişlər və onun əhəmiyyəti” mövzusunda təqdimat keçirib.
Bankdan AzərTAc-a bildiriblər ki, tədbirdə iştirakçılara “DəmirBank”ın 25 illik tarixindən, nailiyyətlərindən, nağdsız ödənişlər və onların əhəmiyyətindən, eyni zamanda, sahibkarlara “Artdıqca sərfəli” biznes kredit aksiyasından danışılıb.
Tədbir çərçivəsində filialda “Açıq qapı” təşkil olunub. Otuzdan artıq müştərinin iştirak etdiyi tədbirdə bankın nümayəndələri iştirakçılara “DəmirBank”ın Sabirabad filialının göstərdiyi xidmətlər, xüsusilə “Güzəştli kredit”, “Artdıqca sərfəli”, “DəmirTaksit” xidmətləri barədə geniş məlumat veriblər.
Azərbaycanda qızıl və gümüş istehsalı azalıb, qızılın ixracı artıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 1316,5 kiloqram qızıl istehsal edilib. Elchi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki...



















Son şərhlər