Azərbaycan Güləş Federasiyasında yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçiləri ilə görüş
keçirilib.
AzərTAc xəbər verir ki, görüş 2014-cü ilin 9 ayı ərzində qazanılan nailiyyətləri təhlil etmək, yığma komandaların hazırkı vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı ilə bağlı fikir mübadiləsi aparmaq, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov kiçik yaşlılar arasında perspektivli güləşçilərin diqqətdə saxlanmasının vacibliyini bildirib.
Görüşdə qeyd edilib ki, il ərzində qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə durğunluğa səbəb olmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması vacib məsələdir.
Bildirilib ki, federasiyanın rəhbərliyi kiçik yaşlı uşaqların hazırlığına xüsusi diqqət yetirir. Məhz bu məqsədlə federasiyanın prezidenti Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və uğurla icra edilir. Perspektivli güləşçilər yığma komandalara cəlb olunur, yerli və beynəlxalq səviyyəli müxtəlif yarışlarda sınaqdan keçirilir. Bu işlər fasiləsiz davam etdirilməlidir.
Görüşün yekunu olaraq yığma komandalara ehtiyat qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması məqsədilə federasiya rəsmilərindən və məşqçilərdən ibarət nümayəndə heyətinin bölgələrə səfərləri qərara alınıb.
Dünya çempionatında 4 azərbaycanlı hakim ədaləti qoruyacaq
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatında ölkəmizi təmsil edəcək hakimlər müəyyənləşib. Elchi.az xəbər verir ki,...



















Son şərhlər