Suriyanın paytaxtı Dəməşqdə, Mezze rayonundakı hərbi hava limanının yaxınlığında altı partlayış səsi eşidilib.
Elchi.az xəbər verir ki, Suriya Dövlət Televiziyası əl-İxbariyyənin məlumatına görə, altı partlayış hava limanının ətrafındakı əraziyə edilən hücumlar nəticəsində baş verib.
Təhlükəsizlik qüvvələrinin araşdırması nəticəsində raketlərin atıldığı ərazi müəyyən edilib və orada dörd raket atıcı qurğu aşkar edilib.
Partlayışların mülki yaşayış məntəqələrindən uzaqda baş verdiyi bildirilir.
Şayəstə





















