"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Çörəyi daşdan çıxanların məkanı – REPORTAJ (FOTOLAR)

08 İyul 2016 - 12:59
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb

“Kəlbəcər” tankeri əsaslı təmir olunub

Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Bakının bir addımlığında yerləşən Qızıldaş qəsəbəsi özünün daş karxanaları ilə məşhurdur. Buraya el arasında “çörəyi daşdan çıxanların məkanı” da deyirlər.

Tozdan nəfəs tutulan küçələr, daş parçalayan dəzgahların gurultulu səsi bu qəsəbədə yaşayan insanlar üçün adi hal alıb. Qəsəbə sakinlərinin əksəriyyəti daş karxanalarında çalışan fəhlə və ustalardır. İsti, soyuq, yağış, boran bilmədən çalışan bu insanlar üçün evə apardıqları çörək qızıldan da qiymətlidir.

Bu dəfə Qızıldaşa daş karxanalarından reportaj hazırlamaq üçün gəlmişdik.

Hava isti olduğundan qəsəbənin küçələrində sükut hökm sürürdü. Ətraf həmişəki kimi toz-duman idi. Uzaqdan daş kəsən dəzgahların səsləri eşidilirdi.

Daş karxanasında bizi 16 yaşlı Elşən qarşıladı. Yaşı az olsa da, dediyinə görə, illərdir burada işləyir.

“11 yaşımdan burda çalışıram. Bəxtiniz gətirib ki, bu gün yağışlı hava deyil. Yağışlı havada bu yollar keçilməz olur. Hər gün səhər saat altıda işə gəlirəm. Gördüyünüz kimi, burada işləmək hər oğulun işi deyil. Biz çörəyimizi daşlardan çıxarırıq. Yaxınlıqda yerləşən yetimxanananın uşaqları da burada işləyib, çörək pulu qazanırlar. Kimsəsiz qızlar daş karxanalarında yemək bişirib uşaqlarını saxlayırlar. Biz artıq əziyyətə öyrəşmişik. Bilirsiniz, qaranlıqda, palçıqlı yollarla, hər tərəfdə vəhşi itlərin olduğu daş karxanlarına getmək nə deməkdir? Biz hər gün həyatımızı belə riskə atırıq. Bu iş deyil, ölümdür”.

Elşənlə söhbətimizdən sonra digər işçilərlə də həmsöhbət olduq. Fəhlələrin çoxu jurnalist olduğumuzu biləndən sonra danışmaq istəmirdilər. Onlar işlərini itirməkdən qorxuqlarını deyirdilər.

“Vallah, biz işsizlikdən bura gəlmişik. Bizim də ailəmiz, uşaqlarımız var. Daş kəsmək hər an ölüm deməkdir. Maaşlarımız Bakıda kölgədə bir daşı daş üstünə qoyan fəhlədən artıq deyil. Gördüyünüz kimi, isti havada, tozun-torpağın içində işləyirik. Elə olur ki, aylarla evimizə gedə, yuyunub təmizlənə bilmirik. Günəş dərimizi yanıdırır. Gecələr dərimizin ağrısından yata bilmirik. Ona görə də, isti günlərdə də qalın paltarlar geyinirik. Yağış yağanda palçıqda sürünürük, gün çıxanda isə daşlar bədənizimizi yandırır. Bir “Kamaz” daşa yüz manat pul alırıq. Aldığımız pul çəkdiyimiz əziyyətin heç bir faizi deyil”-deyə karxanada fəhlə işləyən Rasim bildirib.

Daş karxanasında işləyənlərin çoxu rayonlardan gələnlərdir. Onlar işsizlikdən Bakıya gəldiklərini deyirdilər.
“Adım Rövşəndi. Astara rayonundanam. Evliyəm, iki uşağım var. Neçə vaxtdır Astarada iş tapa bilmirdim. Qonşularımın köməkliyi ilə “kariyel”ə işə düzəldim. Düzdür, işimiz çox çətindir. Çəkdiyimiz əziyyət,aldığımız pula dəymir. Amma nə edək? İşləmək, ailəni saxlamaq üçün işləməliyik”.

Daş daşıyan yük maşınlarının sürücüləri isə Qızıldaşın yollarından şikayətlənirdilər: “Neçə dəfə olub ki, maşınımız palçıqlı yolda sürüşüb, qəzaya düşmüşük. Yollar bərbad vəziyyətdədir. Qazancımızdan çox maşına xərcləyirik”

Qızıldaşdan bundan əvvəl hazırladığımız reportajlar:

Previous Post

Çörəyi daşdan çıxanların məkanı – REPORTAJ (FOTOLAR)

Next Post

Azərbaycanlı gənc avtomobilini piyada keçidində saxlayan sürücüyə belə dərs keçdi – VİDEO

Bənzər yazılar

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 6 %-ə yaxın azalıb

11 Noyabr 2026 - 15:46

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 1 milyard 513 milyon 95,9 min manat təşkil edib. Elchi.az...

“Kəlbəcər” tankeri əsaslı təmir olunub

“Kəlbəcər” tankeri əsaslı təmir olunub

11 Noyabr 2026 - 14:52

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Kəlbəcər" tankerinin ilk əsaslı təmiri başa çatıb. Bu barədə Elchi.az-a ASCO-dan məlumat verilib....

Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

11 Noyabr 2026 - 13:30

Ermənistanda həbs edilən azərbaycanlı hərbçi Nəsimi Musayev bu ölkənin ikinci prezidenti Robert Köçəryanla qonşu kamerada saxlanılır. Elchi.az xəbər verir ki,...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

11 Noyabr 2026 - 12:05

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin...

Next Post

Azərbaycanlı gənc avtomobilini piyada keçidində saxlayan sürücüyə belə dərs keçdi - VİDEO

Azərbaycanlı gənc avtomobilini piyada keçidində saxlayan sürücüyə belə dərs keçdi - VİDEO

Son xəbərlər

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

İspaniyada qasırğa və yağış səbəbindən yüksək təhlükə elan olunub

11 Noyabr 2026 - 18:25
NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

NATO İraq və Kosovodakı missiyalarını bağlaya bilər

11 Noyabr 2026 - 17:58
İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər – YENİLƏNDİ

11 Noyabr 2026 - 17:45
Dirk Kuyt “Fənərbağça”dan getdi

Dirk Kuyt “Fənərbağça”dan getdi

11 Noyabr 2026 - 17:36
Dünya bazarında ət ucuzlaşıb

Dünya bazarında ət ucuzlaşıb

11 Noyabr 2026 - 17:24
Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

Meloni məktəblərə yönələn təhdidlər səbəbindən təcili iclas çağırdı

11 Noyabr 2026 - 17:12
COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

COP31-də “Ölümcül Miras” sənədli filmi nümayiş olunub – FOTO

11 Noyabr 2026 - 17:05
Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başladı

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başladı

11 Noyabr 2026 - 16:56
Məşhur Formula-1 pilotu saçlarını İtaliya bayrağının rənglərinə boyatdı

Məşhur Formula-1 pilotu saçlarını İtaliya bayrağının rənglərinə boyatdı

11 Noyabr 2026 - 16:49
Uitkoff və Kuşner Moskvada Putinlə görüşəcəklər

Uitkoff və Kuşner Moskvada Putinlə görüşəcəklər

11 Noyabr 2026 - 16:35
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

11 Noyabr 2026 - 16:28
Dünyada ərzaq bahalaşıb

Dünyada ərzaq bahalaşıb

11 Noyabr 2026 - 16:16
Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib

11 Noyabr 2026 - 16:08
Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00
Trampın vida məktubu dərc olunub

Trampın vida məktubu dərc olunub

11 Noyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.