"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

“Çingiz Abdullayev administratordur, kommersantdır, amma yazıçı deyil”

19 Oktyabr 2014 - 17:03
in MARAQLI
FacebookVatsap

Dronqo döyər, yoxsa Çingiz Abdullayev?img1658616

Bunu da oxuyun

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Çingiz Abdullayev haqqında danışmamaq üçün, həmişə azərbaycansayağı bəhanəm olub – çörək kəsmişik, əməkdaşlıq etmişik, nəhayət həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Bu gün də ona qarşı heç bir qərəzim yoxdur. Ötənlərdə bir müsahibəsi dəydi gözümə, oxudum, təəssüf etdim. Ondan heç bir gözləntim olmasa da, özünə yazıçı deyən bir adam, belə acınacaqlı vəziyyətə düşməli deyil. Hələ Ç. Abdullayev kimi “şəhərli”yə, bu deqradasiyanı heç yaraşdırmıram.

Mənim nəzərimdə, onun heç vaxt yazıçı sanbalı olmayıb. O, sənətlə yox, zənaətlə məşğul olan, başını aşağı salıb işini görən, şəhərli bir kommersantdır. Onun “bizimki” olması, Azərbaycanda yaşaması, fəaliyyət göstərməsi müsbət haldır. Rəhmətlik Anar Məmmədxanov indi deməsin, tez-tez deyərdi ki: “Çingiz Abdullayev unikal adamdır. Mən onun kitablarını Moskvada görəndə, elə sevinirəm ki, sanki əncir mürəbbəsi, Bakı paxlavası, narşərab görmüşəm. Onun Dronqosu da bizim brenddir, bizim lavaş kimi, narşərab kimi, lülə kababımız kimi”.

Yəqin Çingiz müəllim də razılaşar ki, Anar Məmmədxanovun KVN-lərinin intellektual yükü, Çingiz Abdullayevin kitablarının intellektual məzmunundan daha ağırdır.

“Görün müsahibəsində nə deyir: “Ayda yetmiş min manat, mənim üçün pul deyil… Bundan az olsa acından ölərəm… Mən bahalı otellərdə qalmalıyam… Üç maşınım və sürücülərim var… Xaricdə uşaq oxutdururam…” 

Bizim Çingiz Abdullayevlə doxsanların sonu, iki minlərin əvvəlində əməkdaşlığımız olub. Mən onun beş romanını türk dilinə tərcümə etmişəm. O illərdə, işlədiyim “Kaknüs” nəşriyyatı, populyar ədəbiyyat janrında kitablar buraxmaq, bu seqmentdə də özünü sınamaq istəyirdi. Bir siyahı hazırlandı və mən, Azərbaycandan bu siyahıya Çingiz Abdullayevin adının salınmasına nail oldum. Zatən ondan başqa bu janrda bizdə kim yazırdı ki? Beləliklə onun beş romanı tərcümə və çap olundu. Aralarında “Mavi mələklər” də vardı.

Yadımdadır, iki minlərin əvvəlində İstanbulda, hansısa otelin lobbisində Ç. Abdullayev, səhv etmirəmsə Hürriyet qəzetinə, müsahibə verirdi. Bütün adlı-sanlı yazıçıların solçu olduğunu, özünün də solçuluğa meyl etdiyini deyəndən sonra, Çingiz Abdullayev sevdiyi yazıçıların adlarını sadalamışdı. Siyahıda üçüncü ad Knut Hamsunun adı idi(!) Hürriyet müxbiri söhbəti tutmasa da, əminəm Türkiyədə bir neçə oxucu, Hitler heyranı olmuş Hamsunun, solçuluğa aiddiyyatını sorğulamış və öz intellektlərindən şübhə etmişdilər.

Tutaq ki, bu tənqidim tutarsızdır. Çingiz Abdullayev Knut Hamsuna ideoloji yanaşmağa məcbur deyil. Tutaq ki, Hamsun Abdullayevin siyahısında solçu olmayan yeganə yazardır. Aydındır, mənim də hədəfimdə zatən onun Knut Hamsun sevgisi yox, müsahibə vermək istedadsızlığıdır.

Çingiz Abdullayev tanınmış yazıçıların müsahibələrini oxuyubmu? Nəyə görə soruşuram, çünki özünün müsahibələrini 15 ildir ki, zaman-zaman mətbuatda görürəm, hər dəfə də marağa oxuyuram.  Bu yaxınlarda oxuduğum növbəti müsahibəsi kimi. Çingiz müəllimin müsahibələri qədər məzmunsuz, mənasızını hələ axtarmaq lazımdır. Ç. Abdullayevə dair, zehinləri narahat edən bir sual var: “Bu romanları özü yazır, yoxsa „ədəbi zənciləri“ var? Ya da hazır ştampları var, „burdan basır, ordan roman çıxır“.

Ç. Abdullayev haqda yaranan bu folklorun çıxış nöqtəsi, onun son dərəcə boş adam təsiri bağışlamağıdır. Ç. Abdullayevin publik obrazı belədir – boşluq. Əslində gərək mən bu yazını rus dilində yazaydım ki, Ç. Abdullayev mənim ondan nə istədiyimi aydın başa düşsün. Ölkədə məni qane edən rusdilli media olmadığına görə, öz dilimizdə yazmalı oldum. Öz müsahibələrində Ç. Abdullayev xalis “anti-literatura”dır. Onun müsahibələrdə dedikləri də kitabları kimi “ştampovka”dır, əsəbpozucu təkrarçılıqdır. O gərək özünə müsahibə verməyi qadağan etsin.

““Sıradan bir qədeş də maşınları ilə lovğalanır, bir yazıçı da. Bəs ikisi arasındakı fərq necə olsun?” 

Görün müsahibəsində nə deyir: “Ayda yetmiş min manat, mənim üçün pul deyil… Bundan az olsa acından ölərəm… Mən bahalı otellərdə qalmalıyam… Üç maşınım və sürücülərim var… Xaricdə uşaq oxutdururam…”

Bu sözlər, fikirlər bir yazıçıya mənsub ola bilərmi? “Talkuçka” Kəbirə Məmmədovanı da danışdırsan belə danışar, hətta daha təvazökar. Çingiz Abdullayev öz müsahibələrini oxumursa, çox pis. Onun müsbət tərəflərini danmıram, ən azından işlədiyi qurumla azad və „şirzad“ yazarlar arasındakı intriqalara qoşulmadı. Təmkinli davrandı çox vaxt. Bəs bahalı otellərdə qalmağını insanlara elan etməklə hansı mesajı, məramı çatdırmağı hədəfləyir Abdullayev? Otellərdə qalır, üç maşın sürür – əcəb edir. Bəs təvazökarlıq?

Demirəm yazıçı it kökündə gəzməlidir. Mən də özümü zövqsüz saymıram, üst-başımdan kir tökülmür. Bir yazıçı həm öz qarderobuna bu qədər vaxt ayıra, həm də kitablarını yaza bilirsə, nə gözəl. Məndə belə olmur. Yaş ötdükcə də geyim məsələsində asketizmə yuvarlanıram. O həddəyəm ki, özümə yeni geyim, paltar almaq mənim üçün əzabdır. Bu yaxınlarda, vacib bir tədbir üçün yeni geyim almalıydım, çaşıb qalmışdım. Nəhayət bir dostumun yardımı ilə ala bildim. Amma demirəm hamı mənim kimi olmalıdır. Qoy həmkarları Çingiz Abdullayevin min avroluq Valentino qalstuklarından nümunə götürsünlər, qoy hər kəs bacardığı qədər iki min avroluq ayaqqabı geyinsin. Əsas odur ki, bununla lovğalanmasınlar. Axı yazıçı üçün bunlar ayıb şeylərdir!

“Dünyada Ç. Abdullayevdən qat-qat çox pul qazanan yazarlar var. Rusiyada, Avropada, ABŞ-da, Yaponiyada, Türkiyədə. Onları hamı tanıyır, Çingiz Abdullayevin özü də. Bugünəcən bu yazarların hansı biri, müsahibəsində pul, maşın söhbəti edib?” 

Sıradan bir qədeş də maşınları ilə lovğalanır, bir yazıçı da. Bəs ikisi arasındakı fərq necə olsun? Bir yazıçının pul, onun əldə olunması, necə xərclənilməsi kimi intim mövzularda belə tez-tez danışmağı, onun əslində yazıçı ruhundan, yazıçı ürəyindən məhrum olduğunu göstərir. Pul və məişət həqiqi yazıçının əsas temaları ola bilməz. Dünyada Ç. Abdullayevdən qat-qat çox pul qazanan yazarlar var. Rusiyada, Avropada, ABŞ-da, Yaponiyada, Türkiyədə. Onları hamı tanıyır, Çingiz Abdullayevin özü də. Bugünəcən bu yazarların hansı biri, müsahibəsində pul, maşın söhbəti edib?

Çingiz Abdullayev admnistratordur, kommersantdır, amma yazıçı deyil. Onun yazdığı kitablardan yola çıxaraq demirəm bunu, ictimai çıxışları ilə ötürdüyü impulsların faydasızlığına, mənasızlığına istinadla deyirəm. “Yetmiş min manat pul mənə bir ayda bəs eləmir” sözləri bir yazıçıya aid ola bilməz. Bir yazıçı bu cür danışa, cümlə qura bilməz.

Özünə kənardan baxa bilsəydi halbuki nələr görərdi. On beş ildir eyni söhbətləri təkrarlayıb durur. Eyni sözlər; şit, mənasız atmacalar, zarafatlar. Bunlar hamısı performansdırsa, o zaman intellektual performans deyil. İddia etdiyi yüksəklik ilə, faktiki intellektual görünüşü arasındakı uçurumu görməlidir Çingiz Abdullayev. Mətnin məsuliyyətini dərk etmək lazımdır. Onun kabinetində qəşəng kitabxana var və bu kitabxana, qatı açılmamış kitablarla doludur. Məndəki təəssürat belədir ki, Çingiz Abdullayev o kitabların əksəriyyətini oxumayıb.

Eko yaradıcılığı ilə tanış olan adam, belə düşük müsahibələr verməz. Deyəsən Çingiz müəllimin baqaj problemi var. Siz bugünəcən hansı müsahibəsində Fukodan, Derridadan, Mallarmedən, ədəbiyyat tarixindən, bir yazıçının bioqrafiyasından danışdığını, ya da məqalə yazdığını görmüsünüz?

“Çingiz Abdullayev qədər simic yazıçını nəinki Azərbaycanda, dünyada tapmaq olmaz. Mən ki, onu çox yaxşı tanıyıram. Xeyirxahlığa qadir insan deyil o”

Deyir “mən başqalarına da kömək edirəm, amma özümü reklam etmək istəmirəm”. Çingiz Abdullayev qədər simic yazıçını nəinki Azərbaycanda, dünyada tapmaq olmaz. Mən ki, onu çox yaxşı tanıyıram. Xeyirxahlığa qadir insan deyil o. Ümumiyyətlə, bu xeyirxahlıq, xeyriyyəçilik söhbətləri çingizkimilər üçün lovğalıq mövzusu, imkansızlar üçün isə həmişə başa qaxıncdır.

Niyə? Çünki Şərqdə zəngin və sənətə dəyər verən fərdlər xeyriyyəçiliyi birbaşa edirlər. Avropada isə, eyni işi institutlar görür. Gərəkli infrastruktur yaradılıb və işləyir deyə, fərdlər sənətə, ədəbiyyata yatırım etmək istəyəndə, vəsaitləri fondlara köçürürlər, daha birbaşa yazıçıya, bəstəkara pul vermirlər. Bu fondlar, Çingiz Abdullayev kimi ayda 70 mindən çox pul qazana bilməyən yazıçıların ev icarə haqqını ödəyir, yazıçını hətta yazı ləvazimatı (kompüterlə, printer) ilə təmin edir, yaradıcılıq ezamiyyətləri üçün yol xərclərini ödəyir, yazıçıya aylıq təqaüd bağlayır.

Avropada bu cür yaşayan və kitabları on-iyirmi min tirajla satılan yazarlar var. Çox nadir hallarda yazıçı hansısa bir konkret xeyriyyəçi fərdə bağlı olur, ondan şəxsən pul alır. Sözümün canı – Çingiz Abdullayev belə xeyriyyəçidirsə, özü kimi kommersant ola bilməyən imkansız yazıçılara ürəyi yanırsa, hakimiyyətdəki əlaqələrindən istifadə edərək, Avropadakı fondlara oxşar bir fond yaratsın.

“Çingiz Abdullayevin qəhrəmanı Dronqo Çingiz Abdullayevdən daha ağıllıdır” 

Çingiz Abdullayev, kitablarının janrına lağ edənləri intellektual ağırlığı altında əzə bilmir, çünki intellektual ağırlığı yoxdur. Kimsə onun dilindən bir ağıllı söz eşidibmi indiyə qədər? Çingiz Abdullayevin qəhrəmanı Dronqo Çingiz Abdullayevdən daha ağıllıdır. Çingiz müəllim on beş ildir bunu bütün müsahibələrində vurğulayır. Gerçək həyatda isə, Dronqo tək əqli cəhətdən yox, hər baxımdan Çingiz Abdullayevdən daha mərifətli və qanacaqlı insandır.

Görünür yazıçı məhrum olduğu bütün müsbət keyfiyyətləri öz obrazına yükləməklə, məsuliyyətdən yaxa qurtaracağını sanıb. Bərəkallah.

Yazar : Əli Əkbər

 

 

Previous Post

ABŞ-da “Balqabaq festivalı” kütləvi iğtişaşlara səbəb oldu

Next Post

Albaniyanin baş naziri Serbiyaya getmədi

Bənzər yazılar

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Next Post

Albaniyanin baş naziri Serbiyaya getmədi

Albaniyanin baş naziri Serbiyaya getmədi

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.