Çinin cənub-qərbindəki Quicou əyalətində bu həftənin əvvəlində baş verən daşqın fəlakətindən sonra yağıntıların artması və suyun səviyyəsinin artması səbəbindən yenidən fövqəladə vəziyyət elan edilib.
Elchi.az Sinxua agentliyinə istinadən xəbər verir ki, daşqın fəlakətinin baş verdiyi Çiendongnan Miao və Donq Muxtar Prefekturasının Ronciang mahalının mərkəzindən keçən Duliu çayında suyun səviyyəsinin bu gün səhər saatlarında 253,5 metrə yaxınlaşdığı bildirilir.
Dünən suyun səviyyəsinin daşqın üçün maksimum həddini aşması səbəbindən suların çəkildiyi zaman endirilən fövqəladə vəziyyət ən yüksək səviyyə olan 1-ci səviyyəyə qaldırılıb.
Daşqın riski bu ayın əvvəlində Wutip tayfunundan güclü yağış alan Çinin cənubunda erkən musson yağışlarının başlaması ilə artıb.
İnci çayının yuxarı qollarının kəsişdiyi bölgədə yerləşən Quicou əyalətində iyunun 24-dən bəri davam edən daşqınlar səbəbindən 80 mindən çox insan təxliyə edilib.
Yollar, körpülər, rabitə və elektrik verilişi xətləri kimi mühüm infrastruktura ziyan vuran daşqın nəticəsində 6 nəfər həyatını itirib.
Şayəstə Hüseynova


















