Çinin 1,5 milyardlıq əhalisini yedirib-geydirmək üçün bu dövlətin rəhbərləri ölkəni başdan-başa sənayeləşdirmək yolu tutublar.
Musavat.com-un məlumatına görə, artıq ən ucqar kəndlərdə də kiçik həcmli zavodlar, fabriklər quraşdırılıb.
“Röyter” agentliyinin reportyorları bu ölkədəki saysız-hesabsız sənaye müəssisələrinin tullantılarının ətraf mühitə verdiyi zərəri görüntüləyən fotoşəkillər çəkib yayıblar.
Həmin fotoşəkillərdə müəssisələrin su hövzələrinə – çaylara, göllərə, dənizlərə axıdılan tullantılarının necə bir ekoloji fəlakət yaratdığı görünür.
Tullantılar, zəhərli birləşmələr su hövzələrinin üzərində qalın və zəhərli yosunlar əmələ gətirir, balıqları və digər suda yaşayan canlıları kütləvi şəkildə məhv edir.
Bu kimyəvi birləşmələr yüz illərlə təbiətdə qalan və zərər verən xassəyə malikdir.
Beləliklə, bütün dünyaya saxta, süni, qəlp mallar göndərən Çin eyni zamanda dünyaya gerçək fəlakət yayır.
Gülnar