Çin və İordaniya Hörmüz boğazından normal gəmiçiliyin bərpa edilməsinə və ABŞ ilə İran arasında atəşkəs rejiminin qorunub saxlanılmasına çağırıblar.
Elchi.az xəbər verir ki, bu barədə İordaniya kralı II Abdullanın Çinə səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatında bildirilir.
“Hörmüz boğazı malların və enerji resurslarının beynəlxalq ticarəti üçün mühüm marşrutdur, boğazdan normal gəmiçiliyi bərpa etmək lazımdır”, – deyə bəyanatda qeyd olunur.
Tərəflər həmçinin ABŞ və İran arasında atəşkəsin saxlanılmasının, gərginliyin səbəblərini aradan qaldırmağa imkan verəcək hərtərəfli həllin dialoq və danışıqlar yolu ilə əldə olunmasının tərəfdarı kimi çıxış ediblər. Çin və İordaniya region dövlətlərinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.
Məryəm





















