\ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı hücumları şərh edərək bildirib: “Husilər səhv hərəkət edirlər — çox səhv. Bu vəziyyət heç də yaxşı deyil”.
Elchi.az xəbər verir ki, Prezident Tramp Ohayoda keçiriləcək seçki kampaniyası mitinqinə yollanmaq üçün Ağ Evdən ayrılarkən mətbuatın suallarını cavablandırıb.
Son günlər Səudiyyə Ərəbistanına hücumlarını artıran husilərlə bağlı sualı cavablandıran Tramp deyib: “Husilər səhv hərəkət edirlər — çox səhv. Bu vəziyyət heç də yaxşı deyil”.
“Anadolu” Agentliyinin (AA) müxbirinin husilərin son vaxtlar hücumlarını artırması ilə ABŞ-dakı aralıq seçkilər arasında əlaqə görüb-görmədiyi barədə sualını cavablandıran Tramp bunları söyləyib:
“Bunun seçkilərə necə təsir edəcəyini bilmirəm. Mən bunu nəzərə almıram. Bildiyim tək şey odur ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və bu, qətiləşmiş məsələdir. Onların heç vaxt nüvə silahı olmayacaq. Bununla belə, husilər səhv hərəkət edirlər”.
Şayəstə





















