Cənubi Amerika ölkəsi Çilinin səlahiyyətliləri ölkənin mərkəzi və cənub bölgələrini təsir edən meşə yanğınlarında həyatını itirənlərin sayının 122-yə yüksəldiyini bildirib.
Elchi.az xəbər verir ki, Səhiyyə Xidmətindən verilən açıqlamada Valparaiso və Vina del Mar şəhərlərində davam edən yanğınlarda ölənlərin sayının artdığı bildirilib.
Yanğınlarda ölənlərin sayı 122-yə yüksəlsə də, itkin düşənlərin axtarışları davam edir.
Ədliyyə Tibb Mərkəzindən verilən açıqlamada, yarılma araşdırmaları zamanı 32 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsinin tamamlandığı bildirilib.
Bildirilib ki, yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.