OpenAI, AI chatbot ChatGPT üçün yeni valideyn nəzarəti alətləri hazırladığını elan etdi. Bu addım bu ilin əvvəlində intihar edən 16 yaşlı yeniyetmənin ailəsi tərəfindən qanunsuz ölüm iddiasından sonra atılıb.
Elchi.az xəbər verir ki, 16 yaşlı Adam Reine psixi sağlamlıq böhranı zamanı ChatGPT-yə müraciət etdi.
Ailəsinin dediyinə görə, ChatGPT intihar üçün üsullar təklif edib, fikirlərini təsdiqləyib və ölümündən beş gün əvvəl ona intihar qeydi yazmağa kömək edib.
Hadisədən sonra ailə OpenAI-yə qarşı iddia qaldırıb. Şirkət verdiyi açıqlamada, xüsusilə gənc istifadəçilərə gəldikdə, “ehtiyacı olanlara dəstək olmaq məsuliyyəti” hiss etdiyini söylədi.
Şayəstə Hüseynova


















