"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Bayramov və Çavuşoğlu mətbuat konfransı keçirirlər – YENİLƏNİB + FOTO/VİDEO

11 Fevral 2023 - 16:19
in GÜNDƏM
FacebookVatsap

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin yerləşdiyi qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kahramanmaraş şəhərindəki Kordinasiya Mərkəzində mətbuat konfransı keçirir.

Bunu da oxuyun

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Elchi.az-ın xəbərinə görə, hər iki nazir baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması istiqamətində aparılan axtarış-xilasetmə işlərindən danışır.

15:15

“Azərbaycandan Türkiyəyə könüllülər gələcəklər”.

Elchi.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Fövqəladə Halların Nazirliyinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında olarkən deyib.

“Azərbaycandan könüllülərin hissə-hissə, planlı şəkildə Türkiyəyə gəlməsi üzərində çalışmalar gedir. Bu gündən etibarən ölkəmizdən könüllülər Türkiyəyə gələcəklər”, – nazir bildirib.

14:52

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həkimlərinə təşəkkür edib.

Elchi.az-ın xəbərinə görə, o, bu barədə FHN-in Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında olarkən deyib.

“Sağ olun, qardaşlar. Allah qüvvət versin!” – Çavuşoğlu bildirib.

14:49

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki mobil səhra hospitalına gəliblər.

Elchi.az-ın xəbərinə görə, hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra Bayramovla Çavuşoğluya mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.

14:26

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

Elchi.az-ın xəbərinə görə, o, bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.

“Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdilər. Var olsun Azərbaycan!”

13:55

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.

Elchi.az-ın xəbərinə görə, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olub.

Daha sonra C.Bayramovla M.Çavuşoğluya əməliyyatlarla bağlı məlumat verilib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

13:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.

Ceyhun Bayramov Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

12:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.

Elchi.az-ın xəbərinə görə, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

08:44

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur. (report)

Previous Post

Bayramov və Çavuşoğlu mətbuat konfransı keçirirlər – YENİLƏNİB + FOTO/VİDEO

Next Post

İlqar Muradov zəlzələyə görə bu addımı atdı – Video

Bənzər yazılar

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb. Elchi.az xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək. Qeyd edək ki, bu...

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 18:24

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinə müavin təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Baş naziri Cabbar Musayev...

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri...

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Next Post
İlqar Muradov zəlzələyə görə bu addımı atdı – Video

İlqar Muradov zəlzələyə görə bu addımı atdı - Video

İlqar Muradov zəlzələyə görə bu addımı atdı – Video

İlqar Muradov zəlzələyə görə bu addımı atdı - Video

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.