“Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan Sazişi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib”.
Elchi.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında deyib.
Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamı üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağa möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının ikiyə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”.






















Əla yazıb Ceyhun qardaş, çox gözəl sözlərdi. Düz deyir, bizim bu Türk dövlətləri bir-birinə daha da yaxın olmalıdı. Bu 35 sahədə əməkdaşlıq çox yaxşıdı, hər şeyə dəyər. Gələcəyə də belə ümidlə baxmaq lazımdı.
Çox gözəl məqalədir, Ceyhun Bayramovun çıxışını bəyəndim. Türk Dövlətləri Təşkilatının güclənməsi hamımız üçün sevindiricidir. Bu əməkdaşlıqlar davam etsin, gələcəkdə daha böyük uğurlara imza atarıq.