"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“ÇALDIRAN CƏNGİ”NƏ APARAN MƏKTUBLAR – IV-V məktublar

04 Sentyabr 2015 - 17:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Sərdar-Əlibəyli-100

Bunu da oxuyun

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Sərdar ƏLİBƏYLİDƏN:

Çağdaş tariximizin indi qeyd olunan çoxsaylı mənalı və mənasız bayramlarının, eləcə də az qala təqvimin tən yarısını tutan işğal və matəm günlərinin qeyd olunması fonunda məmləkətimizin böyük tarixinin önəmli günlərini, tarixi hadusələrini təkcə Azərbaycanın deyil, türk dünyasının tarixini ağlı-qaralı ləkələrlə dolduran hadisə və olayları, həmçinin dünyanın gedişatına yön verən, çağ dəyişən cəng və savaşları unutmuşuq elə bil. Indi çox az adamlar Azərbaycanın və bütövlükdə türk dünyasının tarixində ən qara ləkə kimi hələ uzun illər, bəlkə də əsrlər boyu yaddaşlarda qalmalı, səbəb və nəticələri dərindən öyrənilərək araşdırılmalı və millətimizin gələcəyi baxımından dərs çıxarılmalı olan “ÇALDIRAN CƏNGİ”nin barəsində düşünüb onun mahiyyətinə varmaq istəyir. 1514-cü ilin 23 avqustunda baş vermiş bu cəngin yaşanmasına nədən olan Sultan Səlim və Şah İsmayılın qarşılıqlı yazışmalarını özündə əks etdirən aşağıdakı məktubları məhz indi cəmiyyətin diqqətinə və ictimai rəyin müzakirəsinə çıxarmamızın səbəblərindən biri də məhz “ÇALDIRAN CƏNGİ”nin növbəti ildönümü ərəfəsində olmamızdı. Digər bir məqsdimiz isə, hələ də cəmiyyətin şüurunda bu müharibədə daha çox hansı tarixi şəxsiyyətin – Sultan Səlimin, yoxsa Şah İsmayılın daha maraqlı olduğuna diqqət çəkməkdi. Bu səbəbdən də bu tarixi  məktublara heç bir şərh və izahat vermədən onları ilkin yazılış formasında oxucuların diqqətinə çatdırmağı vacib bildik və qoyulan suala cavab tapmağı hər kəsin öz ixtiyarına buraxırıq.


 ŞAH İSMAYILIN SULTAN SƏLİMƏ CAVAB MƏKTUBU

Çaldıran-12Cənnətə ümidvar olan və islama pənah edən sultan əzəmətli, dövlət, səltənət, dünya və din din uğrunda mübarizə edən Sultan Səlim şaha –

Allah onun dövlətini əbədi, səltənətini daimi etsin- məhəbbətli salamımı və səmimi məktubumu  hədiyyə kimi göndərir və onunla görüşmək arzumu bildirirəm.  Sonra ərz edirəm ki, son vaxtlarda mənə yolladığınız üç şərafətli məktubunuz gəlib çatdı. Onların məzmunu ədavətlə dolu olduğuna baxmayaraq, cürət və igidlikdən bəhs edirdi ki, bu da mənə böyük həzz verdi. Amma bunun səbəb və mənşəyini anlaya bilmədim. Cənnətməkan atanızın – allah onun qəbrini nurla doldursun – zamanında Əlaüddövlə Zülqədərin həyasızlığı üzündən Rum ölkəsinə bizim humayun yürüşümüz baş verdi. O vaxtlarda tərəflər arasında dostluqdan və anlaşmadan başqa bir şey olmadı. O dövrdə Trabzon valisi olan o Həzrət də(Sultan Səlim – Ş.F.) bizimlə anlaşma şəraitində davrandı. Belə olan halda bu küdurətin səbəbi bizə məlum deyildir, lakin aydın görünür ki, siz bu səfərə səltənətinizi böyütmək naminə çıxmısınız.

 

Nəzm

Ədavət o təhər tüğyan eləyər,

Qədim bir ölkəni viran eləyər. 

 

Şah İsmayıl-12Bizim sizin qarşınıza çıxmamağımızın iki səbəbi var. Birincisi budur ki, o diyar əhalisinin əksəriyyəti bizim yüksək məqamlı əcdadımızın – Bağışlayan  Allah onlara rəhmət eləsin – müridləridir. İkincisi din uğrunda döyüşən sizin xanədanınıza (osmanlılara- Ş.F.)  bizim qədim hörmətimiz vardır və buna görə də biz Teymurun dövrundə olduğu kimi o diyara qarışıqlıq düşməsini istəmirdik. Elə hal-hazırda da istəmirik və indiyə qədər olan işlərdən də incimirik.  Axı nəyə görə inciməliyik? Sultanların düşmənçilik etmələri çoxdankı adətdir.

 

Beyt

Məmləkət yavrusunu ağuşa çəkmək diləyən

İti xəncər ləbini öpməyə cəhd etməlidir.

 

Amma münasib olmayan sözlərə ehtiyac yoxdur. Görünür, bunlar sərxoş münşilərin sözləridir ki, düşüncələrinizin azdığından yazılıb bizə göndərilmişdir. Buna görə də, bizim səbirli olmağımız, elə zənn edirəm ki, səbəbsiz olmamışdır. İndi isə, xüsusi keyfiyyəti olan tiryəklə doldurulmuş mücrü üzərinə öz humayın möhürümü vurub, onu bizə yaxın adamların başçısı Şahqulu ağa kimi bir sadiq nökərimlə – Allah onun canını slamat etsin – sizə göndərirəm, əgər lazım olsa istifədə edin. Onu (Şahqulu ağanı – Ş.F.) tez geri göndərin ki, tale pərdəsinin arxasında gizlənən hər nə varsa üzə çıxsın. Bununla bedə, yaxşı olar ki, əməlli başlı düşünüb, heç kəsin sözünə fikir verməyəsiniz və mənə qulaq asasınız, çünki sonrakı peşmançılığın faydası olmur.

Bu məktub yazılan vaxt mən İsfahan ətrafında ov edirdim. Dərhal göyüşə hazırlıq işləri ilə məşğul olub, dostluq naminə sizə cavab məktubu göndərdim. İndi necə istəyirsinizsə, eləcə də hərəkət edin.

 

Beyt

Olduq buna şahid bu cahan içrə qəmindən:

Kim ale–Əli ilə döyüşmüşsə, əzilmiş.

 Şah İsmayıl

Adı çəkilən elçini incitməyib geri yollayın, çünki «heç kəs başqasının günahını daşımaz». Əgər məsələ döyüşlə bitəcəksə, bunu uzatmağın faydası yoxdur. Amma işin aqibətini düşünün. Vəssalam!

                                           

***

SULTAN SƏLİMİN ŞAH İSMAYILA IV MƏKTUBU

 

Sah-Sultan-1İsmayıl bahadır – Allah onu islah etsin – mənim cahanı bəzəyən məktubum və bütün təbəələr tərəfindən yerinə yetirilməsi vacib olan şərafətli hökmüm çatanda bilməlidir ki, sizin mənim dəstkaəı səadət olan dərgahıma göndərdiyiniz məktubunuz gəlib çatdı. Siz həmin məktubda nəsə cürətli sgzlər yazmısınız. Bildirmisiniz ki, bizi intizardan qurtarmaqdan ötrü gəlişinizi sürətləndirirsiniz. Məlumdur ki, biz zatımıza xas olan mərdanəliyimizi və xislətimizdəki cəsarətimizi daһa da artırdıq, uzaq bir məsafə qət edib çoxlu yol və mənzil keçə-keçə sənin hökmün altındakı məmləkətə saysız-hesabsız ləşkərimizi və əlaməti zəfər, ayələri isə qələbə olan bayraqlarımızı daxil etdik. Yüksək vəzifəli sultanların ayini və qədr-qiymətli xaqanların məzhəbinə görə onların əllərində saxladıqları məmləkət öz zövcələri kimidir. Səndən qeyri, azacıq kişiliyi, igidlikdən müəyyən nişanəsi və ürəyində bir qədər cəsarəti olan hər kəs özүnүn һәr һansı bir fərdinə təcavüz edilməsinə dözəbilməz. Neçə gündür ki, mənim müzəffər əsgərlərim sənin məmləkətinə daxil olub, kama yetişirlər, amma səndən əsər-əlamət yoxdur, elə gizlənmisən  ki, varlığınla yoxluğun bilinmir.

Nәzm

Bu rüsvayçılığı böyük adamlar

Əsrlər boyunca eləyəck car.

 

çaldıran döyüşü-2İndiki vəziyyət bir daһa təsdiq edir ki, özündə təsadüfi cürət toplamaq kimə  xasdır. Məsələ bundadır ki, səndən indiyəcən mərdlik və cəsarət nümayiş etdirən bir əməl gönünməmişdir. Səndən zahir olan əməl isə sərasər məkr və һiylənin bəhrəsidir. Şəkk yoxdur ki, sənin bu süni cürətin etdiyin iblisanə və sair əməllərinin nəticəsindən başqa bir şey deyildir. Mübtәla olduğun dərdin dəvası sənə məlum imiş və ürəyinə qüүvvət olsun deyə ondan istifadə edirsən. İndi də, həmişə sınaqdan keçirdiyin dərmandan istifadə et ki, bəlkə mənimlə qarşı-qarşıјa durmağa səndə cürət yarana. Bilirsən ki, bizim tərəfimizdən sənə böyük  inayət edilmişdir və sənin үrək zəifliyinin aradan çıxmasından ötrü məzəffərr ləşkərimdən qırx min əsgəri ayırıb Qeјsəriyyə ilə Sivas arasında saxlamışam Düşmənə bundan artıq mürüvvət etmək olmaz. Əgər sən bundan sonra da ötən vaxtlarda olduğu kimi qorxu və ehtiyat evinin bir küncündə gizlənəcəksə ərlik sənə haramdır, o zaman yaxşı olar ki, dəbliqəni yaylıqla, zirehini çadra ilə əvəz edəsən, sərvərlik və sərkərdəlik sevdasından əl çəkəsən.                                                                                                             

 

Misra

Nə sən sərvəliyə layiq, nə sərvərlik sənə layiq!

Vəssalam! «Haqq yolu tutub gedənlərə  salam olsun». 

 çaldıran döyüşü-3

Cəmadül–axir ayının axırları,  920-ci il (Avqustun ortaları, 1514-cü il)     

 

                            «ARZU» ədəbi, elmi–ictimaijurnal

                                                              Mart 1998-ci il

Previous Post

“ÇALDIRAN CƏNGİ”NƏ APARAN MƏKTUBLAR – IV-V məktublar

Next Post

Elçibəyin öz prokuroruna 17 il əvvəlki məktubu – TAM MƏTN

Bənzər yazılar

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...

Next Post

Elçibəyin öz prokuroruna 17 il əvvəlki məktubu – TAM MƏTN

Elçibəyin öz prokuroruna 17 il əvvəlki məktubu – TAM MƏTN

Son xəbərlər

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

26 Oktyabr 2026 - 10:09
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

26 Oktyabr 2026 - 09:58
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir

Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir

26 Oktyabr 2026 - 09:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.