Cənubi Koreya polisi, Yaxın Şərqdəki münaqişənin yaratdığı qıtlıq fonunda tətbiq edilən dövlət qadağasını pozaraq tibbi şpris ehtiyatı toplamaqda şübhəli bilinən dörd şirkətlə bağlı təhqiqata başlayıb.
Elchi.az xəbər verir ki, “Yonhap” agentliyinin verdiyi məlumata görə, bu barədə Milli Polis Agentliyi yanında Milli İstintaq Bürosu məlumat yayıb.
Hakimiyyət orqanlarının bildirdiyinə görə, bu şirkətlər Cənubi Koreyanın Qida və Dərman Təhlükəsizliyi Nazirliyi tərəfindən məhdudiyyətlərə əməl olunmasına nəzarət məqsədilə keçirilən yoxlama zamanı aşkar edilmiş 32 təşkilatın arasındadır.
Tənzimləyici qurum qeyd edir ki, Yaxın Şərqdəki uzanan münaqişə nafta (neft xammalı) tədarükünü pozub, bu isə bir sıra tibbi məmulatların, o cümlədən şpris və venadaxili infuziya sistemlərinin istehsalının azalmasına səbəb olub.
Qanun pozuntuları təsdiqləndikdən sonra materiallar polisə təqdim edilib, işlər isə regional bölmələr üzrə bölüşdürülüb.
Məryəm





















