Cənubi Koreyadan alınan K2 Qara Pantera tankları Polşa ordusuna təhvil verilib

47

Elchi.az xəbər verir ki, Cənubi Koreyadan alınan K2 Qara Pantera tankları ilə bağlı Polşanın Baş naziri Mateuş Morawiecki, “Hərbi xərclərə qənaət etmək düzgün olmazdı. Rusiyanın bütün qonşuları təhdid altındadır və buna görə də Polşa ordusu gücləndirilir” dedi.
Cənubi Koreyadan orduya K2 Qara Panter tanklarının təhvil verilməsi mərasimində danışan Morawiecki, sözügedən tankların qiymətlərinin münasib olduğunu və çatdırılma müddətinin sürətli olduğunu bildirib.
Polşanın təhlükəsiz olması üçün güclü ordu ilə düşmənlərin qarşısını almaq istədiklərinin vurğulayan Morawiecki, “Ordumuz o qədər güclü olmalıdır ki, heç kim bizə hücum etməyə cürət etməsin” dedi.
K2 Qara Pantera tanklarının əhəmiyyətinə işarə edən Morawiecki, “Hərbi xərclərə qənaət etmək doğru olmaz. Rusiyanın bütün qonşuları təhlükə altındadır və bu səbəbdən Polşa ordusu gücləndirilir” dedi.

Şayəstə