“Narkotik vasitələrdən istifadə əksəriyyətində yeniyetməlik dövrünündən başlayır. Bunu birbaşa beynin funksional mexanizm ilə əlaqələndirilir”. Bunu Elchi.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev deyib.
O, açıqlamasında həmçinin qeyd edib:”Emosional beynin daha çox aktiv olduğu yaş dövrü yeniyetməlik dövrdür ki, bu vaxt verilən qərarların məntiqi əsasına inanmırıq. Qərarlar əsasən emosional davranışlara görə verilir. Və zərərli vasitələrin də həyatımıza nə dərəcədə zərər verməsinin fərqində olmuruq. Bu yaş qrupundan olanlar bir dəfə istifadə etməklə kifayətlncək düşüncəsi ilə addımı atır, lakin sonradan orqanizm tələbatı yaranır. Və artıq asılılıq həmin şəxsin həyat tərzinə çevrilir”
Havar Şəfiyeva