"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Bu tədbirlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var”

25 Fevral 2016 - 08:39
in XƏBƏR LENTİ
FacebookVatsap
“Bu tədbirlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var”

Qubad İbadoğlu Cənubi Amerikada bir neçə toplantıda iştirak edib

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

ABŞ-dakı Duke Universitetinin professoru, beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatının üzvü, iqtisadçı alim Qubad İbadoğlu iki gün əvvəl Peruda keçirilən beynəlxalq tədbirin iştirakçısı olub. Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı alim sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Q.İbadoğlunun sözlərinə görə, Peruda əvvəlcə dünyanın 65 ölkəsindən 150-dək vətəndaş cəmiyyəti institutlarının qatıldığı “Ödədiyini açıqla” beynəlxalq koalisiyasının qlobal yığıncağının açılış-plenar iclası olub: “Sonra isə panel toplantılarda çıxışlar etdim. Fevralın 23-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) köhnə tərkiblə son toplantısına qatıldım. Sonra isə dünyanın 70-dən çox ölkəsinin 1500-dək hökumət, şirkət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin qatılacağı MSŞT-nin 7-ci beynəlxalq toplantısı öz işinə bağlayacaq”.
Cənubi Amerika təəssüratlarını musavat.com-la bölüşən Q.İbadoğlu qeyd edib ki, Peruya bir-birilə əlaqəli olan iki beynəlxalq tədbirdə iştirak etmək üçün səfər edib: “Tədbirlərin hər birinin Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Birincisi, fevralın 22-23-də keçirilən dünyanın 65 ölkəsindən 150-dək vətəndaş cəmiyyəti institutlarının qatıldığı ”Ödədiyini açıqla” Beynəlxalq Koalisiyasının Qlobal Yığıncağıdır. Bu toplantıya Azərbaycan vətəndaş cəmiyyətini İqtisadi Təşəbbüslərə yardım Mərkəzinin sədri Azər Mehtiyev, Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zohrab İsmayıl, Bərabər İmkanlar Mərkəzinin sədri Rafiq Təmrazov və Gənclərin Atlantik Müqaviləsi Assosiasiyasının rəhbəri Zaur Əkbər təmsil edib.  Peruda olduğumuz ilk gün çox məhsuldar oldu. Mən “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyasının Qlobal Yığıncağının açılış-plenar iclasında, sonra isə panel toplantılarda çıxışlar etdim. Eyni zamanda Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti institutları nümayəndələri bu müzakirələrdə fikirlərini bölüşdülər. Toplantıda həmçinin Avrasiya regionu üzrə “Ödədiyini açıqla” Beynəlxalq Koalisiyasının Qlobal Məsləhət Şurasına seçkilərdə iştirak etdik. Fevralın 24-25-də isə dünyanın 70-dən çox ölkəsinin 1500-dək hökümət, şirkət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələrinin qatılacağı MSŞT-nin 7-ci beynəlxalq toplantısı keçirilir. Bu toplantıya Perunun prezidenti ilə yanaşı, dünyanın bir çox ölkələrinin hökumət başçıları da qatılır. Azərbaycanın hökumət nümayəndə heyətinə Dövlət Neft Fondunun icraçı direktoru, MSŞT Hökumət Komissiyasının sədri Şahmar Mövsümov rəhbərlik edir. Bu heyətdə MSŞT Katibliyinin əməkdaşları və Dövlət Neft Şirkətinin nümyəndəsi təmsil olunub. Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri MSŞT-nin 7-ci beynəlxalq toplantısında da iştirak edir. Bu səfərim zamanı MSŞT Beynəlxalq İdarə Heyətinin köhnə tərkiblə son toplantısına qatılmışam. MSŞT Beynəlxalq İdarə Heyətinin yeni tərkibdə iclasında da iştirak edəcəm. İclasda Almaniyanı namizəd statusunda MSŞT təşəbbüsünə üzv qəbul edəcəyik. Almaniya MSŞT-nin 50-ci üzv dövləti olacaq”.
Previous Post

“Bu tədbirlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var”

Next Post

Maşını ilə birgə evakuatorda aparılan qadın barəsində — Məhkəmə qərarı

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Maşını ilə birgə evakuatorda aparılan qadın barəsində — Məhkəmə qərarı

Maşını ilə birgə evakuatorda aparılan qadın barəsində — Məhkəmə qərarı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.