Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının maaşına yenidən baxılmasına ehtiyac var.
Elchi.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Razi Nurullayev bildirib ki, ANAMA-nın mina təmizləmə zamanı həlak olan əməkdaşlarına da şəhid statusunun verilməsi məsələsi müzakirə olunmalıdır.
Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....





















Son şərhlər