Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 simptomları olan insanlara 10 günlük təcrid olunmağı tövsiyə edir.
Elchi.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə proqramının aparıcı mütəxəssisi Janet Diaz mətbuat brifinqində bildirib.
“ÜST yeni tövsiyələrində COVID-19 simptomları olan insanlar üçün 10 gün, simptomları olmayan insanlar üçün isə 5 gün təcrid olunmanı tövsiyə edir”, – Diaz deyib.