Polşa və Litva Rusiyaya qarşı 10-cu sanksiya paketi çərçivəsində ölkənin nüvə sektoruna da məhdudiyyətlərin tətbiq olunmasını istəyir.
Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının iki ölkəsindən olan yüksək vəzifəli məmur məlumat verib.
Onlar Polşa və Litvanın Aİ-nin Rusiyanın “Rosatom” şirkəti ilə əməkdaşlığı dondurmağı, onun rəhbərliyini “qara siyahı”ya salmağı təklif edir.
Bundan başqa, 10-cu sanksiya paketi çərçivəsində Rusiyanın daha çox KİV-nin yayımının məhdudlaşdırılması, daha çox Rusiya bankının “SWIFT” beynəlxalq pul köçürmə sistemindən çıxarılmasını təklif olunub.
Paketdə Rusiya ilə yanaşı, Belarusa qarşı sanksiyaların genişləndirilməsi də nəzərdə tutulub.(apa)