Bu ölkələr neft hasilatının həcmini azaltmayacaq

🗓 25.11.2014 21:27 ✍️ "Elçi" qəzeti
Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Meksikanın energetika nazirləri Vyana keçirilmiş dördtərəfli görüşdə neft hasilatının həcminin azaldılmasına dair razılıqbnez-xeber əldə olunmayıb.
  APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela XİN rəhbəri Rafael Ramires bildirib.   Qeyd olunan ölkələrin nümayəndələri hesab edirlər ki, bu cür razılaşmalar OPEC səviyyəsində qəbul  olunmalıdır   “Hasilat həcminin azaldılması ilə bağlı hər hansı bir müqavilə bağlanmayıb, çünki bu cür razılaşmalar OPEK-in toplantılarında əldə olunur”, deyə Ramires görüşün nəticələrini şərh edərkən bildirib.   Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Meksikanın energetika nazirlərinin növbəti görüşü üç aydan sonra keçiriləcək.

Bənzər yazılar