Belqradda bələdiyyə seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətin qərbyönlü “Serbiya Zorakılığa Qarşı” hərəkatının etirazçıları ölkənin Respublika Seçki Komissiyasının əməkdaşlarına hücum ediblər. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu seçki komissiyasının rəhbəri Vladimir Dimitriyeviç deyib.
“Bu axşam Respublika Statistika Departamentinin direktoru Miladin Kovaçeviç və onun həmkarları fiziki hücuma məruz qalıblar”, – “RİK” rəhbəri bildirib.
Kovaçeviç yerli vaxtla saat 22:00 radələrində köməkçisi və sürücüsü ilə “RİK”-in binasından çıxarkən hücuma məruz qaldığını, döyüldüyünü və yerə yıxıldığını bildirib. O qeyd edib ki, həmkarları onu izdihamın arasından çıxarıb, daha sonra seçki komissiyasının binasına qayıdıblar, lakin hücum zamanı direktor onun kürəyinə güclü zərbə endirib.
Dimitriyeviç əlavə edib ki, əlavə bir neçə digər əməkdaşı və Serbiya Zorakılığa Qarşı blokdan deputatlığa namizədlər də hücuma məruz qalıb.
Havar Şəfiyeva