BU ölkə 7 saatlıq iş gününə keçir...

Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Najda Nişiç ölkədə yeddi saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, o, bu barədə Monteneqronun RTCG ictimai yayımına müsahibəsində bildirib.
"Ölkədə iş gününün azaldılması nəzərdə tutulubmu?" sualına Nişiç belə cavab verib:
"Baş nazir Milojko Spaicin seçki kampaniyası zamanı dedikləri bu il baş verəcək.
Nazir daha ədalətli sosial ödənişlərin olacağını, lakin onların ləğv edilməyəcəyini, pensiya sığortası fondunda və əmək qabiliyyətinin itirilməsi hallarında da islahat aparılacağını bildirib.
Qeyd edək ki, iş gününün qısaldılması (həftədə 40 saatdan 35 saata qədər) ideyası ötən il Monteneqronun yeni prezidenti Yakov Milatoviçin “Avropa İndi” partiyası tərəfindən parlament seçkiləri ərəfəsində irəli sürülüb.
Yeganə