Bu ilin yanvar-may aylarında əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.
Həmin şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə əhatə olunublar.
Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 5411 şəxsə 24 minə yaxın reabilitasiya vasitəsi verilib.
Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA
Oktyabrın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən...





















Son şərhlər