"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Bu günlərdə qardaş Türkiyəyə mənəvi və humanitar dəstək Azərbaycan dövlətinin və xalqının ən ümdə vəzifəsinə çevrilib

13 Fevral 2023 - 18:36
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Hazırda bütün dünyanın və medianın diqqəti fevralın 6-dan başlayaraq Türkiyədə baş verən dəhşətli zəlzələnin yaratdığı təbii fəlakət mövzusuna yönəlib. Fəlakətin miqyası həddindən artıq böyükdür. Rəsmi məlumatlara görə, dağıntılar altında 200 minə qədər isan qalıb. Həlak olanların sayı on minlərlə ölşülür, 80 mindən çox yaralı var. Həyatını itirən insanların sayının anbaan artması ilə bağlı xəbərlər çox üzücüdür.

Bunu da oxuyun

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Lavrov ABŞ-ı təriflədi

Qardaş ölkənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım göstərən Azərbaycan bu gündə də əvvəlki illərdə baş vermiş zəlzələllər və meşə yanğınları zamanında olduğu kimi, həmrəylik münasibətlərinə sədaqətini nümayiş etdirməkdə davam edir. Prezident İlham Əliyevin tapşırığına əsasən təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Humanitar yardım kampaniyasında pərakəndəliyi aradan qaldırmaq məqsədilə bu istiqamətdə görülən işlər Prezident Administrasiyasının xüsusi nəzarəti altındadır. Xatırladaq ki, baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar bir neçə gün ərzində Azərbaycandan Türkiyəyə 8 təyyarə və 30-dək iri tonnajlı yük avtomobilli vasitəsilə humanitar yardım çatdırılıb, 1 milyon manatdan çox maddı yardım edilib. Fevralın 20-dək hər gün Azərbaycandan Türkiyəyə humanitar yardım təyyarəsi göndərilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu ilk gündən bu kampaniyaya qoşulmuş, lazımi yardımlar və pul vəsaiti zəlzələ bölgəsinə çatdırılır. Fondun yardımları mütəmadi olaraq davam etməkdədir.

Azərbaycanın bütün dövlət qurumları öz imkanları çərçivəsində yardım kampaniyasında yaxından iştirak edirlər. Milli Məclisin deputat korpusu, aparatının və işlər idarəsinin əməkdaşları da bu istiqamətdə öz töhfəsini verməkdədir. Artıq parlament rəhbərliyinin təşəbbüsü ilə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə fəlakət bölgəsinə 40 ədəd generator göndərilib.

FHN-nin xilasedici dəstələri, hərbi həkimlərimiz ən ağır və həyat üçün təhlükəli ərazilərdə, ekstremal şəraitdə gecə-gündüz əzmlə çalışmaqda, dağıntılar altında sağ qalan insanların və yaralıların həyatlarını xilas etməkdədirlər. Təqdirəlayiqdir ki, zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyi” adlı platforma yaradıblar. Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ bölgəsinə gedən çoxsaylı Azərbaycan könüllülərinin bu işdə xüsusi fəallıq nümayiş etdirməsi isə iki qardaş ölkənin gəncləri arasında formalaşmış həmrəylik münasibətlərinə xüsusi töhfədir.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhəri və Yevlax rayonunda yaşayan sakinlər də Türkiyədəki zəlzələ nəticəsində zəzər çəkənlərə humanitar yardım kampaniyasında fəallıq nümayiş etdirirlər. Operativliyi təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən Mingəçevir və Yevlax şəhərlərində, habelə Xaldan kəndində fasiləsiz fəaliyyət göstərən xüsusi məntəqələr təşkil olunmuşdur. Humanitar yardım qida məhsullarından, zəruri isti geyim əşyalarından, generatortlardan, qızdırıcılardan, ərzaq və dərman ləvazimatlarından ibarətdir. Könüllü olaraq yardım fonduna pul vəsaitinin köçürülməsi fasiləsiz davam edir. Bu proses getdikcə daha geniş miqyas almaqdadır.

Baş vermiş ağır təbii fəlakətin ağrı-acısı fonunda bir pozitiv reallıq ondan ibarətdir ki, azərbaycan xalqı hər zaman xoş gündə olduğu kimi, dar gündə də qardaş türk xalqının yanındadır və bu sədaqət nümunəsi ən dəyərli milli xüsusiyyətlərimizdən irəli gəlir.

Türkiyənin dövlət və hökumət başçıları, Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycan dövlətinin və xalqının belə ağır məqamda nümayiş etdirdiyi həmrəylik və qardaşlıq münasibəti çox yüksək dəyərləndirilir. Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından sağ çıxarılmış sadə türk vətəndaşının ilk olaraq Prezident İlham Əliyevə səmimi salamı və təşəkkürü dahi Heydər Əliyevin ifadə etdiyi “iki dövlət, bir millət” ideyası üzərində təşəkkül tapan və bir-birindən ayrı təsəvvür olunmayan bu iki xalqın xoşbəxt gələcəyinin əlamətidir.

Əli Hüseynli

Milli Məclisin deputatı

Previous Post

Bu günlərdə qardaş Türkiyəyə mənəvi və humanitar dəstək Azərbaycan dövlətinin və xalqının ən ümdə vəzifəsinə çevrilib

Next Post

“Caliber”: “Üçtərəfli bəyanat yalnız üç tərəfə aiddir” – VİDEO

Bənzər yazılar

Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19

Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elchi.az  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika...

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

Ərdoğanın Nyu-York səfəri: Trampla təkbətək görüş planlaşdırılır

17 Sentyabr 2026 - 17:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirəcəklər. Elchi.az "Dünya"...

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00

ABŞ nümayəndələri Rusiyaya qınaq bəyanatları səsləndirmək üçün deyil, ciddi müzakirələr aparmaq məqsədilə gəlirlər. Elchi.az xəbər verir ki, bunu Rusiya xarici...

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndələri Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsinə son qoymaq...

Next Post
“Caliber”: “Üçtərəfli bəyanat yalnız üç tərəfə aiddir” – VİDEO

“Caliber”: “Üçtərəfli bəyanat yalnız üç tərəfə aiddir” – VİDEO

“Caliber”: “Üçtərəfli bəyanat yalnız üç tərəfə aiddir” – VİDEO

“Caliber”: “Üçtərəfli bəyanat yalnız üç tərəfə aiddir” – VİDEO

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.