"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

13 İyul 2025 - 10:27
in XƏBƏR LENTİ

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

FacebookVatsap

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Elchi.az – a bildirilib ki, bu gün, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər coğrafiya fənni üzrə imtahan verəcəklər.

Bunu da oxuyun

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr seçilib

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24059, IV ixtisas qrupu üzrə 5634, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 4536 nəfər olmaqla, ümumilikdə 34229 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

 
Previous Post

Türkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb, onlarla insan zəhərlənib

Next Post

Bu günün valyuta məzənnələri

Bənzər yazılar

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45

Azərbaycan Mətbuat Şurasının IX qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb. Elchi.az xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq, qurultayı...

Next Post

Bu günün valyuta məzənnələri

Dünya bazarlarında neft bahalaşıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

16 Oktyabr 2026 - 12:28
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19
Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12
Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

16 Oktyabr 2026 - 11:57
Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

Azərbaycanda magistral kəmərləri ilə bu il 30 mlrd. kubmetrə yaxın qaz nəql olunub

16 Oktyabr 2026 - 11:48
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41
Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

16 Oktyabr 2026 - 11:36
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

16 Oktyabr 2026 - 11:30
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Milli Məclis Müstəqilliyin Bərpası günü münasibətilə Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

16 Oktyabr 2026 - 11:24
Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

Alimlər təşviş içindədir! “Qiyamət buzlağı” gözləniləndən daha sürətlə əriyir!

16 Oktyabr 2026 - 11:14
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

16 Oktyabr 2026 - 11:03
Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

Meksikada həyəcan: “Beyin yeyən amöb” aşkar edildikdən sonra 6 süni göl bağlandı

16 Oktyabr 2026 - 10:53
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir – FOTO – YENİLƏNİB

16 Oktyabr 2026 - 10:45
İlon Mask uçan Tesla-nı təqdim etdi

İlon Mask uçan Tesla-nı təqdim etdi

16 Oktyabr 2026 - 10:35
Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

Trampın Zelenskiyə reaksiyası: Putinlə işləmək daha asandır

16 Oktyabr 2026 - 10:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.