"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür

02 İyul 2019 - 09:29
in CƏMİYYƏT
FacebookVatsap

İyulun 2-si Azərbaycanda Polis Günüdür.Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.
Bu dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıbb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti gərgin olub. Belə ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrilib. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən 16 ildə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən Daxili İşlər Nazirliyinin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Bunu da oxuyun

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Previous Post

Bu gün Azərbaycan Polisinin yaranmasından 101 il ötür

Next Post

Bu gün Günəş tutulması baş verəcək

Bənzər yazılar

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Elchi.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat...

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53

Azərbaycanda sosial şəbəkə platformalarının istifadə payları üzrə 2026-cı ilin sentyabr ayına dair statistika açıqlanıb. Elchi.az Trend-ə istinadən xəbər verir ki,...

Prokurorluğa qəbul imtahanı keçiriləcək

Prokurorluğa qəbul imtahanı keçiriləcək

07 Oktyabr 2026 - 14:30

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə oktyabrın 9-da prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün...

Next Post
Bu gün Günəş tutulması baş verəcək

Bu gün Günəş tutulması baş verəcək

Bu gün Günəş tutulması baş verəcək

Bu gün Günəş tutulması baş verəcək

Son xəbərlər

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39
Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

07 Oktyabr 2026 - 17:25
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

07 Oktyabr 2026 - 17:14
Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

07 Oktyabr 2026 - 17:03
Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56
Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi və Ukrayna münaqişəsini müzakirə ediblər

Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi və Ukrayna münaqişəsini müzakirə ediblər

07 Oktyabr 2026 - 16:49
ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

07 Oktyabr 2026 - 16:37
Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

07 Oktyabr 2026 - 16:19
Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

07 Oktyabr 2026 - 16:10
BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.