Bu gün Abşeronun bir neçə qəsəbəsində qaz olmayacaq

13

Bu gün saat 10:00-dan etibarən orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar Abşeron rayonunun Xırdalan kəndi, “Mexkalon” adlanan yaşayış massivində bir qrup istehlakçının qaz təchizatı dayandırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, həmçinin, bu gün saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu Ceyranbatan, Saray, Müşviqabad, 28 may qəsəbələri, Çayli-Qobustan yaşayış massivi, eləcə də Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək qəsəbələri və Qaçqınlar şəhərciyində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. Bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin bir hissəsinin dayaqlar üzərinə qaldırılması işləri aparılacaq.