The Telegraph: Britaniya Hərbi Hava Qüvvələrinin təyyarələri Ukrayna taxılını daşıyan gəmiləri qoruyur.
Elchi.az xəbər verir ki, Britaniya Hərbi Hava Qüvvələrinin təyyarələri Moskvanın bu il iyulun 17-də taxıl sazişindən çıxmasından sonra Qara dənizdə Ukrayna taxılını daşıyan gəmilərin mühafizəsində iştirak edir.
Bu barədə “The Telegraph” Britaniya hökumətindəki mənbələrə istinadən yazır.
“Bu monitorinq əməliyyatlarının bir hissəsi olaraq, RAF təyyarələri Rusiyanı taxıl daşıyan mülki gəmilərə hücumdan çəkindirmək üçün əraziyə uçur”, – nəşr bildirib.
Şayəstə Hüseynova