Brent markalı neftin bir barelinin qiyməti 79,66 dollardır

57

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 79,66 dollara satılır.

Elchi.az-ın “Trthaber.com.tr”-yə istinadən xəbərinə görə, cümə günü 80,59 dollara kimi bahalaşan Brent markalı neftin bir bareli 78,57 dollar olub.

Bu gün saat 09.36-da isə Brent markalı neftin bir barelinin qiyməti 1,4 faiz artaraq 79,66 dollara çatıb.

Qiymətlərin artması dünyanın ən böyük xam neft idxalçısı olan Çinin sərhədlərini beynəlxalq uçuşlara açması və tələbatın artım gözləntilərini dəstəkləməsi ilə bağlı olub. Ölkədə 3 illik fasilədən sonra beynəlxalq uçuşlar bərpa olunarkən, iqtisadi artımın önümüzdəki dövrdə hökumətin prioriteti olacağı gözləntiləri var.

Yeganə