BP TANAP layihəsində

“BP-nin TANAP layihəsinə qoşulma prosesi yaxın vaxtlarda başa çatacaq”.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib. O, yekunlaşma işlərinin bu ilin sonunadək bitəcəyini bildirib.
BP-nin layihədə payı 12 faiz təşkil edəcək.
Qeyd edək ki, TANAP layihəsi "Şahdəniz" qazının Avropaya nəqlini nəzərdə tutur.
Layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. TANAP layihəsinin dəyəri 11,8 milyard dollar qiymətləndirilir.
