BP-nin Azərbaycandakı nümayəndəliyində aparılacaq ixtisarların pərdəarxası

🗓 11.12.2014 10:59 ✍️ "Elçi" qəzeti
BP-nin Azərbaycandakı nümayəndəliyində  aparılacaq ixtisarların pərdəarxası

 

Gələn il şirkət məcburi ixtisarlara 1 mlrd. dollar sərf edəcəkBP emblem 270710
  APA-Economics. Böyük Britaniyanın “British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.   “APA-Economics”in “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bunu BP-nin prezidenti, baş icraçı direktoru Robert Dadli bildirib.   Onun sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.   Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.   “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: “Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”.

Bənzər yazılar